Molla Pənah Vaqiflə Molla Vəli Vidadinin deyişməsi
VaqifEy Vidadi, sənin bu puç dünyadaNə dərdin var ki, zar-zar ağlarsan?Ağlamalı günün axirətdədir,Hələ indi səndə nə var, ağlarsan?
VidadiVaqif, nə çox yan baş-ayaq atarsan,Mənə dersən: nə bu qədər ağlarsan?Sənin də başında məhəbbət beyni-Əgər olsa, eylər əsər, ağlarsan!
VaqifTa cəsədin cüda olmayıb candan,Bil özünü artıq sultandan, xandan,Habelə ayrılıq nədir ki, ondanBu qədər çəkibən azar, ağlarsan?
VidadiAğlamaq ki, vardır, məhəbbətdəndir,Şikəstəxatirlik mərhəmətdəndir,Əsil bunlar cümlə mürüvvətdəndir,Olsa ürəyində, betər ağlarsan!
VaqifSay qənimət diriliyin dəmini,Keçən həmdəmlərin çəkmə qəmini,Ağlın olsun, sil gözünün nəmini,Dəxi geri gəlməz onlar ağlarsan!
VidadiOxumadın "fəlyəzhəku" ayətin,Çəkməyibsən yarü həmdəm firqətin,Bilsən əgər ağlamağın ləzzətin,Ta gedincə nuri-bəsər ağlarsan
VaqifKimdi indi bu dövrdə ol adəəm,Pərisi yanından heç olmaya kəm.Qaralırsan bulut kimi dəmadəm,Ağ yağış tək yaşın yağar, ağlarsan.
VidadiBilləm çox uşaqsan, ürəyin toxdur,Ləhvü ləəb ilə həvəsin çoxdur,Qocalıq əsəri könlündə yoxdur,Hələ sonra əqlin kəsər, ağlarsan!
VaqifToy-bayramdır bu dünyanın əzabi,Əqli olan ona gətirər tabi,Sən təki oğlana deyil hesabi,Hər şeydən eləyib qubar ağlarsan!
VidadiOğlan, sən uşaqsan, cavansan hələ,Yenicə cisminə düşüb vəlvələ,Təzə dəyənəyi alıbsan ələ,Qaim tut ki, nagah düşər, ağlarsan.
VaqifKəndini əlindən aldıran fələk.İnəklərə buzov saldıran fələk,Yarü yoldaşını öldürən fələk,Məgər səni belə qoyar, ağlarsan?
VidadiNeylərsən söyləmiş buzov-inəyi,Bizimlə eyləmiş belə hənəyi,Həzrətqulu bəyin ağ dəyənəyi-Alıbsan əlinə məgər, ağlarsan!
VaqifBidəmağ olmaqdan nə düşər ələ,Şükr elə Allaha, gəz gülə-gülə!Uşaq ha deyilsən, tez-tez habelə-Könlünün şişəsi sınar, ağlarsan.
VidadiUzaqdan bax, yaxşı fəhm et satirə,Bu iş baxmaz heç könülə, xatirə,İstər yüz il bu yollarda qatirə,Bir gün yanar canü cigər ağlarsan!
VaqifKeçən işdən mərd igidlər pozulmaz,Atalar deyibdir: "Tökülən dolmaz".Qatıq üçün qışda ağlamaq olmaz,İnşaallah, gələr bahar, ağlarsan!
VidadiDövlətindən yetdik nanü nəməyə,Düşdük indi cadü qatıq yeməyə,Söz ki, çoxdur, yeri yoxdur deməyə,Əgər bilsən, ey bixəbər, ağlarsan.
Vaqifİç qatığı, ye darının cadını,. . . . . . . . . . . . . .İstəmə dövranın dadlı zadını,Sənə olur o zəhirmar, ağlarsan!
VidadiEy mənə göstərən qatığı, cadı,Onu yeyən tapar külli muradı,Dünyanın sənə də ləzzəti, dadı-Bir gün olur axır zəhər, ağlarsan!
VaqifNə qədər dirisən, ölü deyilsən,Qocalıban yaylar kimi əyilsən,Padşahsan, əgər özünü bilsən,Neçün olub candan bizar, ağlarsan!
VidadiElə ki, taxıldı burnuna çeşmək,Qocalıq əl verib, dəxi nə şişmək!Uşaqlar içində düşər gülüşmək,Sənin də acığın tutar, ağlarsan!
VaqifYalqız çox qocalan bayatı sevər,Gah öyünər, tək-tək özündən deyər,Sən də yetişibsən o həddə məgər,Beyninə bayatı uyar, ağlarsan?
VidadiKülli Qarabağın abi-həyatı,Nərmü nazik bayatıdır, bayatı,Oxunur məclisdə xoş kəlimatı,Ox kimi bağrını dələr, ağlarsan!
VaqifMüxəmməs deməyin seyrəklənibdir,Bayatıda zehnin zirəklənibdir,Qocalıbsan, qəlbin köyrəklənibdir,İşdən-gücdən olub bikar ağlarsan.
VidadiGəl danışma müxəmməsdən, qəzəldən,Şeri-həqiqətdən, mədhi-gözəldən,Sənin ki, halını billəm əzəldən,Elə deyib canan, dilbər ağlarsan.
VaqifYetmişdə ki, belə nəm gələ gözə,Kəsməyə arasın, baxmaya sözə,O zaman ki, yaşın yetişər yüzə,Gör ki, onda nə bişümar ağlarsan.
VidadiSarı Çobanoğlu gəlsin yanına,Axund deyib canın qatsın canına,Onun şövkətinə, sənin şanına,O, yaxşı müxəmməs düzər, ağlarsan.
VaqifÇökər bir gün qabağına Əzrayıl,Deyər: ey kor bəndə, qəflətdən ayıl!Görərsən bir əcəb şəklü şəmayıl,Ürəyinə qanlar damar, ağlarsan.
VidadiƏzrayıl ki, çəngəl çalar canına,Çevrilib baxarsan hər bir yanına,Ol zamanda sənin o əfğanına,Nə bir gəlin, nə qız yetər, ağlarsan!
VaqifOnun ki, çəngəli əzayə düşər,Çaxnaşar cəsədin, lərzayə düşər,Tamam sümüklərin vay-vayə düşər,Diriykən dərini soyar, ağlarsan.
VidadiAxirət sözünü salma yadına,Mütləq dürüst deyil etiqadına,Məhşər günü kimsə yetməz dadına,Fəryadın fələyə çıxar, ağlarsan.
VaqifYanarsan, tənindən çıxar tütünün,Tutuşar boğazın, kəsilər ünün,Hələ vardır bundan betər pis günün,Üqbayə edəndə səfər ağlarsan,
VidadiMömin olub qəlbin olsaydı səlim,Bilərdin xudanın oldurun kərim,Sənə kərəm eylər əzizü həkim,Nə çəkərsən xövfü xətər, ağlarsan!
VaqifÇün gedərsən o qaranlıq dar yerə,Qonşu olmaz, çağıranda səs verə,Bir kimsə tapılmaz qapından girə,Görərsən dörd tərəf divar, ağlarsan.
VidadiMöminəm, zikrimdir daim ilahi,Uzaqdır könlümdən külli mənahi,Əfv olur möminin cümlə günahi,Sənin də könlündən keçər ağlarsan.
VidadiVaqif, nə çox yan, baş-ayaq atarsan,Mənə dersən, nə bu qədər ağlarsan?Sənin də başında məhəbbət beyniƏgər olsa, eylər əsər, ağlarsan!
VaqifTa cəsədin cüda olmayıb candan,Bil özünü artıq sultandan, xandan,Qəriblik, ayrılıq nədir ki, ondanBu qədər çəkibən azar, ağlarsan?
VidadiAğlamaq ki, vardır, məhəbbətdəndir,Şikəstəxatirlik mərhəmətdəndir,Əsil bunlar cümlə mürüvvətdəndir,Olsa ürəyində, betər, ağlarsan!
VaqifSay qənimət diriliyin dəmini,Keçən həmdəmlərin çəkmə qəmini,Əqlin olsun, sil gözünün nəmini,Dəxi geri gəlməz onlar ağlarsan!
VidadiAğlamaq möminin əlamətidir,Nəbinin dininin xoş adətidir,Əgər bilsən, həqqin kəramətidir,Ta gedincə, nuri-bəsər ağlarsan!
VaqifƏlindən kəndini aldıran fələk,Inəklərə buzov saldıran fələk,Yarü yoldaşını öldürən fələkMəgər səni beylə qoyar, ağlarsan?
VidadiNeylərsən söyləmiş buzov-inəyi,Bizimlə eyləmiş belə hənəyi,Həzrətqulu bəyin ağ dəyənəyi –Alıbsan əlinə, məgər, ağlarsan?
VaqifKimdir indi bu dövrdə ol adəm,Pərisi yanından heç olmaya kəm,Qaralırsan bulut kimi dəmadəm,Ağ yağış tək yaşın yağar, ağlarsan.
VidadiBilləm çox uşaqsan ürəyin toxdur,Ləhvü ləəb ilə həvəsin çoxdur,Qocalıq əsəri könlündə yoxdur,Hələ sonra əqlin kəsər, ağlarsan!
VaqifToy-bayramdır bu dünyanın əzabıƏqli olan ona gətirər tabı,Sənin tək oğlana deyil hesabı,Hər şeydən eyləyib qubar ağlarsan!
VidadiOğlan, sən uşaqsan, cavansan hələ,Yenicə cisminə düşüb vəlvələ,Təzəcə dəyənək alıbsan ələ,Qaim tut ki, nagah düşər, ağlarsan.
VaqifBidəmaq olmaqdan nə düşər ələ,Şükr eylə Allaha, gəz gülə-gülə!Uşaq ha deyilsən tez-tez habeləKönlünün şişəsi sınar, ağlarsan!
VidadiUzaqdan bax, yaxşı fəhm et satirə,Bu iş baxmaz heç könülə, xatirə,Istər yüz il bu yollara qat zirə,Bir gün yanar canü ciyər, ağlarsan!
VaqifKeçən işdən mərd igidlər pozulmaz,Atalar deyibdir: "Tökülən dolmaz".Qatıq üçün qışda ağlamaq olmaz,İnşaallah, gələr bahar, ağlarsan!
VidadiDövlətindən yetdik nanü nəməyə,Düşdük indi cadü qatıq yeməyə,Söz ki çoxdur, yeri yoxdur deməyə,Əgər bilsən, ey bixəbər, ağlarsan!
Vaqifİç qatığı, ye darının cadını,. . . . . . . ………Neylərsən dünyanın dadlı zadını,Sənə olur о zəhrimar, ağlarsan!
VidadiEy mənə göstərən qatığı, cadı,Onu yeyən tapar külli muradı,Dünyanın sənə də ləzzəti, dadı,Bir gün olar axır zəhər, ağlarsan!
VaqifNecə ki, dirisən, ölü deyilsən,Qocalıban yaylar kimi əyilsən,Padişahsan əgər özünü bilsən,Neçin olub candan bezar, ağlarsan!
VidadiElə ki, taxıldı burnuna çeşmək,Qocalıq əl verib, dəxi nə şişmək…Uşaqlar içinə düşər gülüşmək,Sənin də acığın tutar, ağlarsan!
VaqifYavuz çox qocalan bayatı sevər,Gah öyünər, tək-tək özündən deyər,Sən də yetişibsən о həddə məgər,Beyninə bayatı uyar, ağlarsan?
VidadiKülli Qarabağın abi-həyatı,Nərmi-nazik bayatıdır, bayatı,Oxunur məclisdə xoş kəlimatı,Ox kimi bağrını dələr, ağlarsan!
VaqifMüxəmməs deməyin seyrəklənibdir,Bayatıda zehnin zirəklənibdir,Qocalıbsan qəlbin köyrəklənibdir,İşdən-gücdən olub bekar ağlarsan.
VidadiGəl danışma müxəmməsdən, qəzəldən,Şeri-həqiqətdən, mədhi-gözəldən,Sənin ki, halını billəm əzəldən,Elə deyib canan, dilbər, ağlarsan.
VaqifYetmişdə ki, belə nəm gələ gözə,Kəsməyə arasın, baxmaya sözə,Ol zaman ki, yaşın yetişər yüzəGəl gör, onda nə bişümar ağlarsan.
VidadiSarı çoban oğlu gəlsin yanınaAxund deyə canın qatsın canına,Xanın şövkətinə, sənin şanına,О yaxşı müxəmməs düzər, ağlarsan.
VaqifNədəndir bənizin heç olmur duru,Savılıb bostanın olubdur quru,О zaman ki, sənə . . . . .Gözlərin çanaqdan çıxar, ağlarsan.
VidadiDərdlərinə dərman olmaz heç kəsin,Əbubəkrə hərgiz yetişməz səsin,Mitilin altında qalır nəfəsin,Mürği-ruhin göyə uçar ağlarsan.
VaqifBir gün çökər qabağına Əzrayıl,Deyər, ey kor bəndə, qəflətdən ayıl,Görərsən bir qərib şəklü şəmayil,Ürəyinə qanlar damar, ağlarsan.
VidadiƏzrayıl ki, çəngəl sala canına,Çevrilib baxarsan hər bir yanına,О zamanda sənin ah-əfğanına,Nə bir gəlin, nə qız yetər, ağlarsan!
VaqifOnun çəngəli ki, əzayə düşər,Çaxnaşar cəsədin lərzayə düşər,Tamam sümüklərin vay-vayə düşər,Dirikən dərini soyar, ağlarsan.
VidadiAxirət sözünü salma yadına,Dürüst deyil, mütləq, etiqadına,Məhşər günü kimsə yetməz dadına,Fəryadın fələyə çıxar, ağlarsan.
VaqifYanarsan, təpədən çıxar tütünün,Tutuşar boğazın, kəsilər ünün,Hələ vardır bundan betər pis günün,Üqbayə edəndə səfər ağlarsan.
VidadiMömin olub qəlbin olsaydı səlim,Bilərdin xudanın olduğun kərim,Sənə kərəm eylər əzizü həkim,Nə çəkərsən xovfü xətər, ağlarsan.
VaqifÇün gedərsən о qaranlıq dar yerə,Qonşu olmaz, çağıranda səs verə,Bir kimsə tapılmaz qapından girə,Görərsən dörd tərəf divar, ağlarsan.
VidadiMöminəm, zikrimdir daim ilahi,Uzaqdır könlümdən külli mənahi,Əfv olur möminin cümlə günahi,Sənin də könlündən keçər, ağlarsan.
VaqifZahir olur iki şəxsi-qəzəbnak,Əllərində şeşpər, çapikü çalak.Onları görəndə zəhrin olur çak,Qutun qurur, nitqin batar, ağlarsan.
VidadiMünkir sözü, sual sözü, sin sözü,Söz bir gərək, nə danışmaq min sözü.Dünya, axirətdən belə din sözü,Əlin yoxdur, bəs müxtəsər, ağlarsan.
VaqifBu yanından çıxar о zalım şeytan,Su göstərər, səndən ta ala iman,Nə Ömər tapılar, onda nə Osman,Hər biri bir yanda batar, ağlarsan.
VidadiMəzarın, məhşərin həqdir cəhəti,Məhrum qalmaz Məhəmmədin ümməti,Sən ki, tərk edibsən tamam sünnəti,Çox çəkərsən qəzəb, qəhər, ağlarsan.
VaqifÇünki işin çəp düşübdür əzəldən,Fayda olmaz işlədiyin əməldən,Mələk verər dəftərini sol əldən,Günahını bir-bir sayar, ağlarsan.
VidadiMələklər ki, gələr sahib izzətdən,Ayıra mömini asi millətdən,Görər ki, deyilsən əhli-sünnətdən,Səni yolum-yolum yolar, ağlarsan.
VaqifО gündə ki, qaçar pədərdən püsər,Gövdənə çulğaşar, ilan sərbəsər,Su verməz içəsən saqiyi-kövsər,Kəbab təki bağrın yanar, ağlarsan.
VidadiƏvvəl Bubəkrdir peyğəmbərə yar,Ömərdir islamı eyləyən izhar,Osmani-Zinnureyn, Heydəri-kərrar,Olarlar saqiyi-kövsər, ağlarsan.
VaqifÇün töhmət edibsən о həştü çara,Əlin necə yetər sənin onlara,Qapılarda dolanarsan avara,Gör başına gələr nələr, ağlarsan.
VidadiƏbubəkr, Ömər, Osmanü Əli,Cümlə həştü çahar imami-vəli,Neymanü şafei, Malik, Həmbəli,Onları cəmiən əzər, ağlarsan.
VaqifOl zaman ki, qaynar kəllədə beyin,İmam əzəm danar sözün, hər şeyin,Heç üzə mən baxa bilmənəm deyin,Səni görcək gözün yumar, ağlarsan.
VidadiAllahın ki, heç çəkməzsən minnətin,Tərk edibsən peyğəmbərin sünnətin,Nə görərsən məsumların hörmətin,Əgər ağlamazsan, əgər ağlarsan.
VaqifHəştü çahar çün halını duyarlar,Sanma səni öz halına qoyarlar,Əvvəl onlar səni diri soyarlar,Sümüyünü ta gömərlər, ağlarsan.
VidadiО zaman ki, məşhər xalqı durarlar,Divan olub sorğu-sual sorarlar,Əgər səni bu məzhəbdə görərlər,Yerbəyer budayıb əzər, ağlarsan.
VaqifDemə ki, dadıma yetər Maliki,Dərdə düşər səndən betər Maliki,Qaçar ilim-ilim itər Maliki,Yaşınıb bir yerdə yatar, ağlarsan.
VidadiHəşrədək qalarsan ahü-zar ilən,Həsrətilən, çox-çox intizar ilən,Kələz ilən, əqrəb ilən, mar ilən,Ağzınadək qəbrin dolar, ağlarsan.
VaqifÇox kimsələr qıl körpüdən asılar,Həmbəlinin qaraulu basılar,Qorxusundan bir bucağa qısılar,Dinə bilməz mat-mat baxar, ağlarsan.
VidadiHəsən Kaşinin ta başın kəsərlər,Kəsib onu cəhənnəmdən asarlar,Qızdırıb-qızdırıb oda basarlar,Onu görüb əqlin çaşar, ağlarsan.
VaqifŞafeinin olmaz о qədər suçu,Əvvəldən axıra ayrıdır köçü,Gələr fəriştələr amma bu üçüTutar bir-birinə çaxar, ağlarsan.
VidadiŞafeini imamlardan ayırma,Əmmə xanı görüb riya qayırma,Bu sözləri ləzgi içrə buyurma,Səni qalmıqlara satar, ağlarsan.
VaqifQəbirdən ki, çıxıb gedərsən Şama,О günlərin dönər toya, bayrama,Əlin yetməz peyğəmbərə, imama,Qiyamət başına qopar, ağlarsan.
VidadiQapılarda çox toxuna-toxuna,Ömərdən, Osmandan, gəzmə saxına,Olarsız ki, heç qoymazlar yaxına,Döyə-döyə öldürərlər, ağlarsan.
VaqifƏqlin olsun, on iki imama inan,Fayda verməz sonra olmaq peşiman,Yəqin bil ki, qurulacaqdır mizan,Əməlin qarşında durar, ağlarsan.
Vidadiİmamlar ha deyil sənin yoldaşın,Olsaydı gözündə olardı yaşın,Sən əqldə vardır neçə qardaşın,Olur olsun, sən müqərrər ağlarsan.
VaqifVəqtkən dəli olma, gəl eşit məndən,Gəzmə yalvar-yapış onlara gendən,Amma qorxun olsun Əbülhəsəndən,Səni əzim-əzim əzər, ağlarsan.
VidadiQulluq etməyibsən Əbülhəsənə,Gələ о günündə yar ola sənə,Yetişməz dadına heç bir kimsənə,Qalarsan nailac, naçar, ağlarsan.
VaqifAxır sənin necə haldır bu halın,Hansı mətləbdədir fikrü xəyalın?Vədə günü atın, qoyunun, malın,Əgər doğmaz, əgər doğar ağlarsan.
VidadiÇün sevməzsən atı, qoyunu, malı,Eşitməzsən, hərgiz bu qalmağalı,Bəs nədir yığıbsan neçə əyalı,Doğmaz şad olarsan, doğar, ağlarsan.
VaqifHeç axtarma şahi-Heydər Əlini,İmamü hümami, tamam vəlini,Yığ başına təpik atan dəlini,Olar ki, bir-birin qırar, ağlarsan.
VidadiTanırsan Şəmkirli dəli qazını,Həsəni-Kaşini, Nəsir Tusini,Tərki-sünnət olan tamam asini,Görərsən duzəxə girər, ağlarsan.
Vaqifİmam ki, iraqdır etiqadından,Tamam bildiklərin çıxar yadından,О zaman çəkilər ah nihadından,Fəryadın fələyə çıxar, ağlarsan.
VidadiOlan peyğəmbərin doğru rahında,Xuda saxlar onu öz pənahında,Səni hər kim görər həq dərgahında,Qatar qabağına qovar, ağlarsan.
VaqifBaşına cəm olub, əqlin yığılmaz,О səbəbdən dərdin, qəmin dağılmaz,Sənin malın buzov salıb, sağılmaz,Hər kəs inəyini sağar, ağlarsan.
VidadiŞeytan ki, dünyada aldadır kimi,Xoş gəlir о kəsə dünyanın dəmi.Çox yığma başına hurü sənəmi,Qafil, özgələrə gedər, ağlarsan.
VaqifCəhənnəmə getsin gedən həmdəmlər,Olar üçün çəkmə sən bunca qəmlər,Keçən günləri ki, indi bu dəmlər,Dəli könül əbəs anar, ağlarsan.
VidadiGöz neçün ağlayıb tökməsin nəmi,Heyvan ha deyil ki, çəkməyə qəmi,Əqlin olsa, anıb yarı, həmdəmi,Leylü nahar, şamü səhər, ağlarsan.
VaqifHəqqi-peyğəmbərə, о çariyarə,Tamam imamlara həştü çaharə,Uymasan, yanarsan duzəxdə narə,Kimsə olmaz sənə yavər, ağlarsan.
VidadiNahaq yerə əhli-həqqə dəyənlər,Peyğəmbərin doğru yolun əyənlər,Azğın-azğın çariyarə söyənlər,Çaqqal tək duzəxdə ular, ağlarsan.
VaqifNə yaradır ürəyinin yarası,Bu vaxtadək olmayıbdır çarası?Uzun illər kəsilməyib arası,Şamü səhər, leylü nahar ağlarsan?
VidadiBir göz ki, ağlamaz, həm tökməz yaşı,Əlbəttə, xalidir beyini, başı,Olmasa, yad eylər yarü yoldaşı,Hərdəm ki, yadına düşər, ağlarsan.
VaqifО qədər dolandın sağdan və soldan,Dövləti, xanı da çıxardın yoldan,Qoymadın ki, verə parçadan, puldan,Səni xələt əhli tutar, ağlarsan.
VidadiÇox bulanma bu dünyanın qanına,Vəfa yoxdur sultanına, xanına,Danasını bir gün qoymaz yanına,Bizim inək kimi təpər, ağlarsan.
VaqifDünya işində ki, qoçaqsan, qoçaq,Ölüdən qıvraqsan, diridən qaçaq,Bir gün sağ olursan, yeddi gün naçaq,Övrətlər bağrını üzər, ağlarsan.
VidadiSəni qamışlıqda yaşıran fələk,Əqlini başından çaşıran fələk,Meyxanədən tez-tez düşürən fələk,Belə qoymaz bir gün sürər, ağlarsan.
VaqifÖləndən sonra о güruhi-nacı,Məzarına salmaz sayə qıyqacı,Özündən irəli çürük ağacıAğzının üstündən çəkər, ağlarsan.
VidadiAllah rəbbindir Məhəmməd Şəfi,Külli halə oldur əlimü səmi,Deyilmi yəğfiruzzünubi cəmi,О gündə gözlərin görər, ağlarsan.
VaqifMinərsən qatırı, sürə bilməzsən,Yolun altın, üstün görə bilməzsən,Xan gələr, yerindən dura bilməzsən,Qələbəyi qolundan tutar, ağlarsan.
VidadiAğqız oğlu Piri dünya qardaşın,Hatəm xan ağadır sində yoldaşın,Sarı çoban oğlu gözəl dindaşın,Nə çəkərsən sən dərdü sər, ağlarsan.
VaqifSoruşarlar səndən neçə xəbəri,Üstünə çəkərlər tiğü təbəri,Söylərsən sözünü dəli, sərsəri,Hər biri bir yandan budar, ağlarsan.
VidadiOlunandan sonra sorğu-sualın,Yenə ağlamaqdan olmaz məcalın,Savılmaz başından bu qalmağalın,Hər ləhzədə həzar-həzar, ağlarsan.
VaqifMünkir-nəkir necə olsa ötüşər,Sor ki, sonra işin hara yetişər,Divar gələr bir-birinə bitişər,Səni oyum-oyum oyar, ağlarsan.
VidadiOxuram, gər cürmim var isə əzim,İnnəlləhə hüvvət təvvabür-rəhim,Həqqin olduğuna qəniyü-kərim,Əzəl etməyibsən bavər, ağlarsan.
VaqifQıl körpüdən ta ki, sürçər ayağın,Cəhənnəm xovfindən yarılır yağın,Qorxma, yenə Əli olar dayağın,Əgər anıb həştü çahar ağlarsan.
VidadiŞiə xalqı tamam dolar duzəxə,Qalarlar duzəxdə od yaxa-yaxa,Mahaldır ki, biri duzəxdən çıxa,Cümlə olar zirü zəbər, ağlarsan.
VaqifVaqif, gərçi əzabı var dünyanın,Sən neçün xovfini çəkərsən, anın,Tutubsan ətəyin Şahi-mərdanın,О gülər – gülərsən, ağlar – ağlarsan.
VidadiƏhli-sünnət vəl-cəmaət peyvəstə,Gedərlər cənnətə dəstəbədəstə,О gündə şad olar Vidadi xəstə,Səni yanlış görüb gülər, ağlarsan.
Comentarios
Cargando comentarios…