Altıncı bab
Hədiqətüs-süəda
Sənə gər mənzili-məqsudə yetməkdir murad, ey dil,Pərişan gəzmə hər canib, rəhi-səbrü təhəmmül dut.Tərəddüd pəncəsindən cəhd edüb qurtar giribanın,Kəfi-ixlaslə damani-təslimü təvəkkül dut.
Kimi kim, sevər saqiyi-ruzigar,Ana sağəri-səmmi-qatil verür.Kimün kim, bilür ehtiramın rəva,Ana cami-zəhri-həlahil verür.
Cəzə’ təqdirə çün təğyir verməz,Qəzayi-mübrəmə tə’хir verməz.Bəla vəqti ana rəğbət xətadür,Bəla üzrə cəzə’ həm bir bəladür.
Mə’nidə zəhrlə dolu bir şişədir sipehr,Andan pür eyləyüb qədəhi-mehri hər səhərSaqiyi-dəhr xəlqə bərabər dutar, vəli,Təhsin ana ki, etməyüb ol zəhrdən həzərNuş edə öylə kim, şəhi-dünyavü din Həsən,Nəqdi-nəbi, çiraği-mələk, zübdeyi-bəşər.Pabəsteyi-səlasili-hüsni-rizayi-dustSərməsti-nəş’eyi-meyi-xunabeyi-cigər.
Məhi-gərduni-iffətü ismət,Həm Həsən namü həm həsənsirət.Əvvəlin gövhəri-xəzaneyi-cud,Axirin nəqşi-kargahi-vücud.Mətlə’i-nəzmi-Əhli-Beyti-Nəbi,Nuri-çeşmi-Məhəmmədi-ərəbi.Lə’li-nabi ki, ruhpərvər idi,Qeyrəti-şəhdü rəşki-şəkkər idi.Dövri-zalimdən oldu zəhraşam,Zəhr lə’lin qılub zümürrüdfam.Cigərin parə-parə qıldı anın,Əxgərini şərarə qıldı anın.Amm olub bir şərarənin əsəri,Bir cigər dağı oldu hər şərəri.
Allah onun ikisinin qüdrətini ucaltsın.</ref>"}}' id="mwWg">Qandadur böylə bir şərəflü nəsəb,Mə’dəni-fəzli-izzü elmü ədəb.Sifəti-Həzrəti-Hüseynü HəsənCümleyi-kainatədür rövşən.Ol biri paki-nəqdi-Mustəfəvi,Bu biri nuri-çeşmi-Murtəzəvi.Ol biri bədri-asimani-kəmal,Bu biri sərvi-cuybari-cəmal.Ol biri afitabi-övci-yəqin,Bu biri gülbüni-hədiqeyi-din.Hər biri bir hümayi-cilvənüma,Rəfə’əllahu iqtidarəhuma"
Həsən vəsfinə yоxdur həddü qayət,Vəfa qılmaz ana həsri-rəvayət.Sözü zikri-səfi hər əncüməndür,Dəlili-hüsni ol bəs kim, Həsəndür.
Buldu xurşidi-cəhantabi-xilafət irtifa,Şö’leyi-aləmfüruzu saldı hər canib şüa.
Fərmanbərüz, müxalifətə yох macalımız,Hər hökm kim, olur Səmədi-karsazdan.İltər bəni Hicaza müqimi-İraq ikən,Ol kim sürür Hüseynt İraqa Hicazdan.
Ah kim, dünyada bir yari-müvafiq qalmadı,Qəmgüsarü munisü qəmxarü müşfiq qalmadı.
Dərda ki, dəmi dəm urmadım rahətdən,Qurtulmadım ənduhü qəmü möhnətdən.Hər büq’ədə kim meyli-iqamət qıldum,Ol büq’ə mükəddər oldu bir afətdən.
Zəhri-qəmi-ruzigar kar etdi bana,Gör bu sitəmi ki, ruzigar etdi bana.Hər zülm ki, zimnində idi dövranın,İzhara gətürdi aşkar etdi bana.
Sərsəbz qıldı gülbüni-baği-vilayətiSirabi-zəhri-nab qılub cövri-ruzigar.Ol səbz gülbün üzrə dili-parə-parədən,Qıldı bəhari-hadisə bərgi-gül aşkar.
Nəmi-tərəşşühi-zəhr ilə rəng qıldı ’əyan,Səfayi-səfheyi-ayineyi-üzari-Həsən.Məgər ki, cür’еyi-zəhr idi qətreyi-baranKim, anda etdi ’əyan səbzə laləzari-Həsən.
Sərv qəddi çəməni-xüldə xuraman oldu,Hurü qılmana rüxi şəm’i-şəbistan oldu.Cövhəri-zatı olub ricsi-əlayiqdən pak,Məhrəmi-bargəhi-rəhməti-qüfran oldu.Gərçi ol xatiri-cəm’ ilə səfər qıldı, vəli,Dili-əhbab fəraqində pərişan oldu.Mərdümi-dideyi-ərbabi-nəzər əşk töküb,Nəmi-əşkilə könül evləri viran oldu.
Еy nihali-gülşəni-üsyan, bəladür hasilün,Məzhəri-zülmü sitəmdür cövhəri-naqabilün.Xanədani-iffətü ismət nə layiqdir sana,Məkməni-İblisdür daim xəyali-batilün.
Оldu siyah nameyi-ə’malım, ey diriğ,Təğyir buldu surəti-əhvalım, ey diriğ.Bən tairi-xətireyi-gülzari-qüds idim,Sındırdım öz əlimlə pərü balım, ey diriğ.
Cəhan içində mücərrəbdür intiqami-zəman,Zəmanə yaxşıya yaxşı verür, yəmana yaman.
Zəhri-ə’dadan Həsən şəhdi-şəhadət içmədən,Bulmadı ə’dayi-din fürsət Hüseyn azarinə.Ömrlər hər fitnə kim, pünhan edərdi ruzigar,Fitneyi-qətli-Həsən oldu səbəb izharinə.
Comments
Loading comments…