Fəsli-ibtilayi-Adəm əleyhissəlam

Hədiqətüs-süəda — Babi-əvvəl

Adəm ki, fəzayi-aləmə basdı qədəm,Ənduhü bəlaya oldu əvvəl həmdəm.Məxsusdur Adəmə bəlayi-aləm,Aləmdə bəla çəkməyən olmaz adəm.

Adəmin qəm birli toprağın müxəmmər qıldılar,Anda dərdü möhnətə mənzil müqərrər qıldılar.Mövqidi-nirani-ənduh eyləyüb tərkibini,Səfheyi-canində nəqşi-qəm müsəvvər qıldılar.

Еy xoş ol safi-təbiət kim, zəmiri-pakinəYetməyə mütləq bu kim, aləmdə məkrü hiylə var.Ey xoş ol sahibsəxavət kim, dəmi-izhari-cud,Düşmənin məqsudin öz nəf’inə eylər ixtiyar.

Büzürgvar Xudaya, isaəti-əməlimBəni mükərrəm ikən xarü xaksar etdi.Budur cəzası anın kim sana müxalif olub,Həvayi-nəfs müraatin ixtiyar etdi.

Zəhri kərim ki, hər dəm ümumi-mərhəməti,Ətayə cümleyi-xəlqi ümidvar eylər.Zəhi cəvad ki, mücrimləri təsəlli edüb,Həmişə əfvi-günahilə iftixar eylər.

Əgər məlamətə səbr eyləməzsən, ey qafil,Məlamət eyləmə eşqi, yürü səlamət ilə.Kəmali-eşq məlamətdədür, xəyal etməKi, eşq zövq verə, olmasa məlamət ilə.

Lütfdür hər cövr kim, üşşaqinə ol mah edər,Qılmağa nəzzarə qafil olanı agah edər.Hər cəfasində həbibin bin inayətdür nihan,Kim ki, qafildir, cəfasindən anın ikrah edər.

Nə xoşdur ol ki, məhbub ola pürfən,Könüldə dost ola və dildə düşmən.Cəfasində vəfalər ola məzmun,Olub eyni-tələb mən’inə məqrun.Fəraqə ola zahirdə tələbkar,Vüsalə ola batində xəridar.

Еşq də’vadır cəfa çəkmək günah,Gər güvah olmazsa də’vadır təbah.

Münəvvər oldu cəhan pərtövi-cəmalindən,Müşərrəf oldu zəman dövləti-vüsalindən.

Ərusi-eşqə zivər ruyi-zərdü əşki-gülgundur,Dili-suzanü cismi-dərdnakü çeşmi-pürxundur.Bu zivər hasil olmaz bəzmgahi-səhni-cənnətdə,Mətai-xaneyi-möhnətfəzayi dünyəyi-dundur.

Еy maili-rahət, qəmə həmrah olğıl,Dəm zövqdən urma, həmdəmi-ah olğıl.Ey came’i-hər sifət, vüsali buldun,Hicran ələmindən dəxi agah olğıl.

Nə işdir, ey fələk, dildari dildarindən ayırmaq,Cəfakeş aşiqi yari-vəfadarindən ayırmaq.

Ahi-atəşbari üşşaqın sirayətsiz degil,Aqibət hər qəm yetər payanə, qayətsiz degil.

Vəh nə mə’dəndir səvadi-çeşmi-tər kim, andadırDaneyi-dürri-sirişkü ləm’еyi-nuri-bəsər.Ol birində rütbeyi-me’paci-dərgahi-qəbul,Bu birində qüvvəti-keyfiyyəti-feyzi-nəzər.

Əsəri-nuri-Mustafayi görün,Xatəmi-хеyli-ənbiyayi görün.Nuri-rə’yi çiraği-aləmdir,Abi-ruyi şəfi’i-Adəmdir.

Rəşkdir canə iztirab salan,Rəşkdir aləmi xərab qılan.Rəşkdir mövcibi-cəfayi-Yəzid,Rəşkdir kim, Hüseyni etdi şəhid.

Möhnəti-Adəm degil manəndi-ənduhi-Hüseyn,Filməsəl bir şö’lədir bərqi-bəladan ol şərər.Əşrəfi-xəlqi-cəhanın əksəri-övladınıQətl edən dünyadəvü üqbadə olmaz bəhrəvər.

Comments

Loading comments…