Fəsli-ibtilayi-Xəlilullah
Hədiqətüs-süəda — Babi-əvvəl
Dərdlə xürsənd olan dərdinə dərman istəməz,Zövqi-möhnət birlə aşiq rahəti-can istəməz.Hər kimi istərsə canan aləmi-eşqində fərd,Səbr edər tənhalığa, ənsarü ə’van istəməz.
Qafil olmaz dərddən dərdə giriftar eyləyən,Aşiqi-arif degil dərdini izhar eyləyən.Əl çəkün dərdim əlacindən ki, təhqiq etmişəm,İstəsə səhhət verür bimarə bimar eyləyən.
Gülşəni-ümmid əbri-səbrdən sirab olur,Səbr qılsan ab gövhər, səng lə’li-nab olur.Tirə olmaz kəsbi-zülmət eyləyüb hər xanə kim,Cilvəgahi-pərtövi-xurşidi-aləmtab olur.
Təalallah, bu nə rüxsari-mərğubi-dilaradırKi, dil dərkində aciz, can tamaşasində şeydadır.
Yar istəməz ki, aşiqi əğyarə yar ola,Hər ləhzə bir tərəddüd ilə biqərar ola.İstər ki, lövhi sadə olub nəqşi-qeyrdən,Peyvəstə kəndü nəqşinə ayinədar ola.
Öylə kim mə’şuqi aşiq qeyrə dəmsaz istəməz,Aşiqin mə’şuq həm qeyr ilə həmraz istəməz.
Canlə bizdən əgər хoşnud olur cananımız,Canə minnətdir anun qurbanı olsun canımız.
Bağbana, zinəti-gülzar olan şaxi-güliKəsmə, fövti-zinəti-gülzardən əndişə qıl.Şad edüb əğyarını azürdə qılma yarını,Rənci-yarü tə’neyi-əğyardən əndişə qıl.
Dərdi-eşqi-yar könlüm mülkünün sultanıdır,Hökm onun hökmüdürür, fərman onun fərmanıdır.
Canımı canan əgər istərsə minnət canimə,Can nədir kim, anı qurban etməyəm cananimə.
Əcəbən lil-mühibbi-kəyfə yənamunKüllə nəvmin’ əl-əl-muhibbi həramun
Çəkməzəm qəm töksə qanım tiği-bürranın sənin,Vəhmim andandır ki, pürxun ola damanın sənin.
Еy хoş ol bəndə kim, ibadətləŞərəfi-izzü е’tibar bula.Kəndüsin qurtarub mə’asidən,Qeyri xəlqün dəxi şəfi’i ola.
Kərbəla təşnələrin yad qılub əşk tökənƏtəşi-ruzi-cəzadən ələmü qəm çəkməz.Şühəda halın anub şövqilə yanub yaxılanƏləmi-şö’leyi-nirani-cəhənnəm çəkməz.
Хoş ol ki, yad qılub Kərbəla şəhidlərinZəman-zəman tökə lö’lö’i-şahvari-sirişk.Gər olmaseydi qərəz matəmi-Hüseyni-şəhid,Riyazi-didədə olmazdı cuybari-sirişk.
Comments
Loading comments…