Fəsli-ibtilayi-Zəkəriyya və Yəhya

Hədiqətüs-süəda — Babi-əvvəl

Yar səndən tərki-can istər, götür candan təmə’,Hər nə andan qeyr görsən, qət’ qıl andan təmə’.Şəm’vəş canan səni çün yaxmaq istər müttəsil,Atəşi-suzana gir, kəs abi-heyvandan təmə’.

Cana bənzər dilbərim bilmən məkanı qondadur,Kim bilür aləmdə ənqa aşiyanı qondadur.

Əhli-Beytin yad edüb hər ləhzə abi-didəsin,Zayе’ olmaz əşk tökmək dideyi-xunbardan.Bu müsibət əşkinün hər qətrəsinə ruzi-Həşr,Əcrdir bin bəhri-rəhmət İzədi-Cəbbardan.

Aşiqəm dersən, bəlayi-eşqdən ah eyləmə,Ah edüb əğyarı əsrarından agah eyləmə.Eşq sultanı nə fərman etsə göstər inqiyad,İctinab etmə, tənəffür qılma, ikrah eyləmə.

Ləzzəti-cövrü bilən cövrdən ikrah etməz,Yarsalar cismini başdan ayağa, ah etməz.

Gər olmasaydı qərəz intiqami-xuni-Hüseyn,Zühuri-Mehdiyə çəkməzdi intizar vücud.Qəzaya qaideyi-səbr ixtira’indən,Cəzayi-qatili-Ali-Rəsuldur məqsud.

Comments

Loading comments…