Beşinci bab
Hədiqətüs-süəda
Ləzzəti-ənduhü zövqi-dərd idrak eyləyənEyşi-dəhrü işrəti-dünyayə pərva eyləməz.Şahidi-feyzi-bəqa hüsnün təmaşagah edənNəqşi-zail surəti-fani təmənna eyləməz.
Bəla bali-şəhbazi-iqbal olur,Səfabəxşi-ayineyi-hal olur.Gülü nərgisü-gülşəni-е’tibar,Dili-çakdür dideyi-əşkbar.
Anı görmə ki, fələk bir neçə dəm,Kimə həmdəm fərəh eylər, kimə qəm.Anı gör kim, çıxacaq aləmdənKim fərəhdən çıxarü kim qəmdən.
Səhifeyi-əməli-nəqşi-masivadan pak,İrişməmiş ətəginə qübari-mərkəzi-xak.
Murtəza bir düri-dəryayi-vilayətdir kim,Hərəmi-Kə’bədir ol dürri-yətimin sədəfi.Qeyrdən əşrəf əgər olsa anınçündür kim,Hərəmi-Kə’bədən ol kəsb qılıbdur şərəfi.
Şükr kim, oldum müşərrəf dövləti-didarinə,Dideyi-xunbarimi açdım güli-rüxsarinə.Olmadı zayе’ ədəm mənzillərin qət etdigüm,Vasil oldum pərtövi-xurşidi-pürənvarinə.
Mərhəba, ey qibleyi-ərbabi-izzü ehtişam,Хеyrməqdəm, ey şəhi-əshabi-qədrü ehtiram.Bən ki, məb’usəm cəhan əhlini də’vət qılmağa,Qılmadım sən gəlmədən bu əmrə iqdamü qiyam.Zati-pakın intizar idi nə pünhan qeyrdən,Mövcibi-tə’хiri-izhari-nübüvvət vəssəlam.
Qətrə-qətrə zülali-mə’rifəti,Əbr dəryadan iktisab etdi.Feyzi-həq ol hilalı etməgə bədrQabili-nuri-afitab etdi.
Еy хoş ol günlər ki, bu ümmidgahım var idi,Möhnəti-aləm hücumində pənahım var idi.Bən fəqirə cövr qıldıqca əduyi-süstray,Ərzi-halım etməgə bir padişahım var idi.
Dövrdən vəh ki, nəsibim qəmi-hicran oldu,Güli-baği-əməlim qönçeyi-hirman oldu.Dağimə rahət üçün pənbeyi-rahət basdım,Tutulub ol dəxi bir atəşi-suzan oldu.
Min cigər oldu qan bu vaqi’ədən,Tirə oldu cəhan bu vaqi’ədən.Həm yedi əxtər eylədi əfğan,Həm doquz asiman bu vaqi’ədən.Gəldi fəryada yerdəvü gögdəMələkü insü can bu vaqi’ədən.
Оna düşmən olana düşmən ol!</ref>"}}' id="mwfA">Fərzdir kim, ola siğarü kübar,Maili-hübbi-Heydəri-Kərrar.Anın üçün demiş Rəsulullah,Həzrəti-Həqqə vali mən valah.Ey ki, lütfi-Ilaha talibsən,Ruzi-məhşər nəcatə rağibsən,Olma ol şahə düşməni-bədxah,Hədəfi-tiri-"adə mən ’adah".
Tiği-batin tiği-zahirdən betər xunriz olur,Zahirü batində şəmşiri-vilayət tiz olur.
Cami-büğzi-Murtəza nuş eyləyən nakəslərə,Saqiyi-dövran verür zəhri-həlahil aqibət.Həm görürlər aləmi-surətdə asari-bəla,Həm çəkərlər bəndü-əğlalü səlasil aqibət.
Оl idi məhrəmi Rəsulullah.Sirri-zatü sifatdən agah.Katibi-nəqşi-nameyi-tənzil,Xazini-gənci-xateyi-tə’vil.Afitabi-sipehri-fəzlü kəmal,Növbəhari-riyazi-cahü cəlal.
Оlsa zər xurşid, anı hifz etməzəm gərdunmisal,Nüqrə mah olsa xurşidvəş salman nəzər.Rif’ətim babindədir xaki-siyəh xurşidü mah,Himmətim yanindədir toprağə yeksan simü zər.
Хidmət əhlinə simü zər vermək,Şahi-mülki-Hicaza adətdür.Hasili-xidməti-nəbiyyü vəliŞərəfi-rütbeyi-şəhadətdür.
Bir sərvərin ki, şöhreyi-hüsni-xisaliçünVəssafı Həl-Əta ola, məddahı İnnəma,Layiq degil ki, eyləyə xurşidi-zatınınDamani-ittisalını aludə hər Süha.
Həqir görmə əduyi ki, əqrəbi-kurun,Dəmi düşəndə fəsadı füzundur əjdərdən.Təsəvvür etmə ki, xəsmi-qəvidən ola əyan,Məzərrəti ki, yetər düşməni-mühəqqərdən.
Zəbani-Mustəfa mö’ciz bəyandır,Çü Cəbrili-Əminə həmzəbandır.
Hər səadətməndə kim, tövfiqi-dövlət yar olur,Vaqifi-sirri-nihanü kaşifi əsrar olur.
Оl ki, sidqü sihhəti-göftarına şəkkak ola,Ana qabildir ki, şəmşirinlə bağrı çak ola.
Хakə xun tökdü zəxmdən bədxah,Lə’li-nab oldu nə’li-Düldüli-Şah.Oldu miqrazi-Zülfüqarə şü’ar:Qət’i-əqdi-səlasili-füccar.
Hər sipahın ki, olur sərdarı Şahi-övliya,Hiç şəki yох kim, nə yan əzm eyləsə mənsur olur.Hər yana kim salsa pərtöv, rövşən eylər aftab,Qanda kim, əbri-bəhar etsə güzər, mə’mur olur.
Haşalillah ki, sənə bən yar ikən əğyar olam,Nəqzi-peymani xilafi-əhd edüb qəddar olam?!Arizuyi-dövləti-dünyavü din etməzmiyəm,İstəməzmi xatirim aləmdə bərxürdar olam?!
Biganədür təriqi-vəfadan cibillətün,Bidaddır işin, sitəmü cövr adətün.Lafi-vəfayi-əhd urursan, vəli nə sud,Çün hifzi-əhd qılmağa yоxdur mürüvvətün.
Afitabi-dövlətim şəm’i-cəhanəfruzdur,Nuri-bəzməfruzi-aləm, nari-aləmsuzdur.
Tiğümi ə’daya nüsrət bərqi-suzan eylədi.Feyzi-dövlət şəm’i-iqbalım füruzan eylədi.
Buti kim, qəmzəsi qarətgəri-İslamü imandür,Xurami fitneyi-dövran, nikahi afəti-candür.Xumari-nərgisi-məsti açılmaz ta ki, içməz qan,Giriftarinə rəhm etməz, dəmadəm içdigi qandür.
Хəncəri-müjgana eylərmi həvəs canın sevən,Büt sücudindən həzər qılmazmı imanın sevən?!
Еy xurami əql bünyadindən istehkam alan,Cilveyi-naz ilə əhli-eşqdən aram alan,Qandadır, ya Rəb, məqamin, ismü övsafin nədür?Kimdür aya, şərbəti-lə’li-ləbindən kam alan?
Gühərim riştədən mübərradür,Cövhəri-fərdü-dürri-yektadür.
Еyləsən rəğbət dilü candan tələbkarəm sana,Nəqdi-canım nəzri-vəslindür, xəridarəm sana.
Pirayədən ziyad olub büt lətafəti,Dövranın oldu fitnəsi, dünyanın afəti.
Hər kim istər vəsli-canan, tərki-can etmək gərək,Yоxsa həsrətlər çəküb, ahü fəğan etmək gərək.
Hər nə kim, təqdirdür, təğyir bulmaz, ey könül,Lövhi-təqdirün xəti hərgiz pozulmaz, ey könül.
Canə yetdim möhnətü dərdü bəlayi-dəhrdən,Eylədim əzmi-səfər möhnətsərayi-dəhrdən.Meyli-seyri-laləzari-cənnət etdüm neyləyim,Qönçəvəş könlüm dutuldu təngnayi-dəhrdən.Necə bir avarə qılsun gərdişi-gərdun bəni,Necə, bir könlüm figar olsun cəfayi-dəhrdən?!
Şükr kim, baği-muradım gülü açıldı bu gün,Həq bəni vasili-iqlimi-bəqa qıldı bu gün.
Еy sipehri-bivəfa, bihudə dövran eylədün,Qəsdi-din etdin, binayi-şər’i viran eylədün.Sərnigun qıldın ibadət minbərü mehrabini,Mə’bədi-İslami topraq ilə yeksan eylədün.Ləşkəri-İslami qoydun sərvərü sərdarsız,Noldu, ey zalim ki, qəsdi-Şahi-Mərdan eylədün?!
Cəhanı əbri-afət qərqi-sejli-iztirab etdi,Dili-əhli-vəfani atəşi-heyrət kəbab etdi.Mədəd kim, dövri-zalim ruzigarın rövnəqin pozdu,Fəğan kim, aləmi gərduni-dunpərvər xərab etdi.
Хoş ol zəman ki, çıxub Yusifim bu zindandan,Qübari-tən ola mərfu’ çehreyi-candan.
Billah ol şahi-şəhriyar qanı,Sərvəri-əhli-ruzigar qanı?Cümleyi-dərdimiz təbibi olan,Məzhəri-lütfi-kirdigar qanı?Ol əgər getdi isə aləmdən,Ol məqam etdügi məzar qanı?
Qətrə dəryaya ittisal etdi,Zərrə xurşidə intiqal etdi.
Şahın himayətində ikən hərgiz etmədi,Gülzari-xanədana nəsimi-bəla güzər.Qətlindən ol şəhin nəmi-xunab çəkmədənAli-Əbaya nəxli-bəla vermədi səmər.
Comments
Loading comments…