Doqquzuncu bab

Hədiqətüs-süəda

Səhl sanman Kərbəla qovğasın, ey əhli-xirəd,Ərseyi-bidadü meydani-bəladır Kərbəla.Sorsalar kim, qansı mənzildir məsayib məcmə’i,Ün verür qəsri-fələk kim, Kərbəladır, Kərbəla.

Gər bəlayi-Kərbəla ol şah qədrin arturub,Xəlqdən mümtaz ana verdi ülüvvi-iqtidar.Kərbəla həm ol şəhi-mə’sumdan rəf’ət bulub,Xəlqə olmuş qədr ilə mənzuri-eyni-e’tibar.

Çeşmə nisbət dəmbədəm pakizətinətlər gözün,Əşkbar eylər məlali-zikri-xaki-Kərbəla.Ağladırsa Kərbəla toprağı dərd əhlin, nolaBu müqərrərdir ki, daim göz yaşardır tutiya.

Gəl ey rəsmi-vəfadan dəm uran, əşki-rəvan göstər,Mücərrəd qövlə qane’ olma, isbat et, nişan göstər.Dili-pürxuni-suzanın misali-qönçeyi-lalə,Məlamət xəncəriylə çak qıl, daği-nihan göstər.

Ey zəmiri-ənvərin ayineyi-gitinüma,Afitabi-təl’ətin misbahi-ənvari-Huda.Əzminə nüsrət müqarin, pə’yinə hikmət qərin,Əmrinə tabe’ fələk, fərmaninə qail qəza.

Qanda kim eyləsəm məqam, banaFitnə həmdəm, bəla mülazİmdir.Hərəmi-Kə’bəni bəlalarla,Mübtəla eyləmək nə lazımdır.

Ağla, ey göz kim, təni-bimar candan ayrılur,Can ilə cismim rəfiq olmuşdu, andan ayrılur,Nalə qıl, ey dil, ki tuti şəkkəristandan çıxub,Bülbüli-zari-bəlakeş bustandan ayrılur.

Kəsbi-şəhadət etməgə qürbət diyarinə,Oldu rəvanə qafileyi-izzü ehtişam.Əşrafi-Əhli-Beyt səfər ixtiyar edüb,Səyyarə oldu əxtəri-gərduni-din təmam.

Xaneyi-Kə’bə urdu köksünə daş,Çahi-Zəmzəm axıtdı gözdən yaş.Xaki-paki-xətireyi-Bətha,Zərrə-zərrə binüb səməndi-səba,Ol şəhənşaha oldular həmrah,Çıxdı çərxi-bərinə gərdi-sipah.

Bən bəla dəryasinə qərq olmağa basdım qədəm,Gəzməsün girdabvəş çevrəmdə hər canın sevən,Bən fəna deyrində mənzil dutmağa əzm eylədim,Durmasun yanımda mülkü qəsrü eyvanın sevən.

Əssəlam, ey nəqşi-nə’li-mərkəbin Mehrabi-din,Həlqeyi-fitraki-rəxşin rişteyi-Həblülmətin,Tərhi-orduyi-humayunin tirazi-məhdi-mülk,Nəqşi-çətri-bargahın zinəti-ruyi-zəmin.

Gəldi ol dəm ki, qılam canımı canana fəda,Eyləyəm ərzi-məhəbbət, qılam izhari-vəfa.

Zillət ilə ləzzəti olmaz həyatın, dustlar,Nəqdi-can sərf eyləyib dünyada, kam almaq gərək.Əcz ilə dönmək ədudən səhldir, himmət dutub,Ya şəhid olmaq gərək, ya intiqam almaq gərək.

Zəhi nadan ki, şahi-mülki-imanAna ərz edə təşrifi-şəhadət,Təvəhhüm eyləyib tiği-bəladan,Özündən eyləyə səlbi-səadət.

Biz bəladan incinüb, bidaddan vəhm etmərüz,Nəqdi-canın sərfi-canan eyləyən aşiqlərüz.Eşq meydanında bidadü bəladan dönməyüb,Rastrəv saliklərüz, sabitqədəm sadiqlərüz.

Sübh kim, xəlqi xazini-hikmətSirri-pünhandan eylədi agah,Çərxi-zalimnihadü kafirkişQıldı bütxanəsini atəşgah.

Qayəti-hiddət verüb suhani-nəqşi-riglə,Dəhr cəlladı həva tiğini xunriz eylədi.Səfheyi-səhrada surət göstərib sudan sərab,Təşnə təb’ində tə’əttüş atəşin tiz eylədi.

Ey sücudi- dərgəhin sərmayeyi-dünyavü din,Şəmseyi-eyvani-qədrin hilyeyi-’ərşi-bərin.Xadimi-xəlvətsərayi-ta’ətin zikri müdam:Hazihi cənnati’ ədnin fədxuluha xalidin.Ya Əmirəl-mö’minin, İslam səndəndür dürüst,Ya Əmirəş-şər’, sənsən rəhbəri-əhli-yəqin.Yetməsün məqsudinə hər kim sənə eylərlsə qəsd,Görməsün rahət yuzin hər kim sənə bağlarsa kin.

Sana istərəm kim, qılam iqtida,Budur aləm içrə həman niyyətimKi, bildim səni müqtəda, bilməsəm,Qəbul eyləməz Həq bənim ta’ətim.

Ey xoş ol dəm ki, nameyi-ə’mal,Qafili vaqifi-günah eylər.Məhəki-imtəhan olub zahir,Nəqdi-məğşuşi rusiyah eylər.

Budur ol mənzil ki, toprağinə qaynar qanımız,Bundadır zira məkani-cismi-sərgərdanımız.

Sayə saldı qübbeyi-gərdüna çətri-’ərşsay,Yetdi səthi-xakə qədrindən kəmali-irtifa’.Kərbəla gərdun idi, çətri-şəhidi-Kərbəla,Xeymeyi-xurşid idi, ətnabi-zərrini şü’a.

Qılub gisu pərişan, xatirin cəm’ etmə bədxahın,Sürudi-ah ilə dərdi-dil izhar etmə əşrara.Açub xurşidi-’ariz, qılma rövşən çeşmi-bədbini,Giriban çak edüb cənnət qapısın açma küffara.

Surəti-keyfiyyəti-əşya çəkən rəssami-sün’,Kargahi-sən’ətin mövqufi-tədbir eyləməz.Vadiyi-tədbir sərgərdanıdır aləm, vəli,Hileyi-tədbir səlbi-hökmi-təqdir eyləməz.

Tiği-tövfiq ilə bən qət’i-tə’əllüq qılmışam,Çəkməzəm minnət, olub mail sərirü əfsərə.Çün bana məqsud fəthi-aləmi-təcriddir,Aləmi dutmaqda gün möhtac olurmu ləşkərə?

Nə saətdir ki, gülzari-bəladan bir gül açılmaz?Nə dəmdir kim, fələk bir mübtəla bağrını qan qılmaz?

Gör nə cahildir ədu kim, də’viyi-İslam edib,Dövləti-dünya üçün Ali-Rəsul eylər həlak.Gör nə qafildir ana tabe’ olan bədbəxt kim.Xəlqi xoşnud eyləyib, eylər Xudayı xəşmnak.

At ölür, don yırtılır, Rey mülkü eylər intiqal,Leyk ta Məhşər qalur baqi vəbali-xuni-Al.

Aldı təşvişi-qüdumi rahət əhlindən firağ,Urdu övzai-xiyami sineyi-səhraya dağ.

Biz bəla meydanına vəqf etmişiz can nəqdini,Xah səndən qeyr bu meydana gəlsin, xah sən.Bu nə layiqdir sənə kim, bunca əhli-zülmdən,Olasan qəttali-övladi-Rəsulullah sən?!

Zalimi sanma kim, murada yetər,Zülm bünyadı üstüvar olmaz.Bəhrəmənd eyləməz fəsad əhlin,Məkr nəqşinə e’tibar olmaz.

Hər bixirəd ki, fisqü fəsad ilə dutdu xu,Olmaz hədisi-əhli-xirəd kargər ana.Zatında hər şəqi ki, Zühəl kibi nəhsdir,Bin Müştəri sə’adəti etməz əsər ana.

Şəhbazi-aşiyani-vilayət həlakinə,Səhrayi-Kərbəlada hücum eyləmiş qürab.Şiri-şikargahi-ğəzadan hücum edib,Əzmi-Fərat şəhdini mən’ eyləmiş kilab.

Məhçeyi-rayət oldu gərdunsay,Ərşə çıxdı sədayi-naleyi-nay.Səf çəküb ləşkəri-müxalifi-din,Lövhi-xətti-ğəm oldu ruyi-zəmin.Əxtəri-ruzgərdi-ləşkəri-ŞamSəfheyi-afitaba saldı zəlam.

Pak etməgə ərbabi-xəta səfheyi-qəlbin,İzhari-kəramət qılur əhli-nəzər, əmmaZalimlərə izhari-kəramət əsər etməz,Qılmaz dili-Fir’anu münəvvər Yədi-Beyza.

Ol nəsəqbəxşi-ümuri-kargahi-sün’ kim,Şəhdi-lütfi möhnətamizü bəlaəngizdir,Cuybari-gülşəni-ehsanı tiği-abdar,Səbzeyi-gülzari-qürbi xəncəri-xunrizdir.

Zəhi sultani-müstəğni ki, cami-iltifatindən,Nəsibi-əhli-təslimü təvəkkül zəhri-qatildir.Kəmali-iltifatı qayəti-qəhrindədir müzmər,Cəfasindən tənəffür qılmayan lütfinə qabildir.

Ol şəhi-mə’mureyi-ənduhü iqlimi-bəla,Kim diyari-dərd tə’mirində sərf etmiş həyat,Salmamış viraneyi-dünyaya zilli-e’tiqad,Açmamış cəm’iyyəti-əsbaba çeşmi-iltifat.

Gəldi ol dəm ki, fəna pərdəsin çak qılam,Bəzmi-vəhdətdə bəqa ləzzətin idrak qılam.

Çıxmadan dəsti-iəsərrüfatdan ’inani-ixtiyar,Fikr edüb möhnətdə tədbiri-nəcat etmək gərək.Hadisati-dəhrdən qafil gərəkməz adəmi,Surəti-halinə hər kim iltifat etmək gərək.

Biz ibtidayi-xilqətü ağazi-ömrdən,Nəzri-nisarın eyləmişüz nəqdi-canımız.Mümkün degil mülazimətindən müfariqət,Ta səfheyi-vücudda vardır nişanımız.

Çün bəqa mülkindədir cəm’iyyəti-əhli-vəfa,Ruyi-dil ol məqsədi-ə’laya döndərmək gərək.Neylərüz heyranü sərgərdan qalub, himmət dutub,Dari-dünyadan ’inan üqbaya döndərmək gərək.

Comments

Loading comments…