İkinci bab
Hədiqətüs-süəda
Rəncdür gənci-gövhəri-rahət,Dərddür gülşəni-güli-rəhmət.Ey хoş ol dərdməndi-qəmpərvərdKi, rəfiqi qəm ola, həmdəmi dərd.Dərddən qeyr olmaya yarı,Qəmdən özgə rəfiqü qəmxarı.
Ənbiyadür məzahiri-rəhmət,Ənbiyadür xəzaini-hikmət.Hər bəla kim, fələkdən etdi nüzul,Ənbiya qıldı ol bəlayı qəbul.Sipəri-navəki-qəm anlardur,Anın üçün mükərrəm anlardur.
Kəmali-е’tidali-təb’i ol qayətdə kim bulmaz,Təğəyyür gər zəminü asiman zirü zəbər olsa.Təkəbbür eyləməz me’raca çıxsa payeyi-qədri,Məzacı kəsr bulmaz fərşi-xaki-rəhgüzər olsa.
Nola gər olsa yetim düri-dəryayi-həya,Gər yetim olsa, füzundur düri-dəryaya bəha.
Getmə, ey ruhi-rəvan, hicr ilə zar etmə bəni,Yandurub firqətə bisəbrü qərar etmə bəni.Nəzərimdən güli-rüxsarini pünhan edübən,Xarxari-qəmi-hicr ilə figar etmə bəni.
Allah səni mübarək etsin, sən Cəlal sahibi tərəfindən göndərilmiş peyğəmbərsən.</ref>."}}' id="mwNg">Təbarəkallahu fikə min ğulami,İn əsəhhə ma əbsərtə fil-mənami.Və əntə məb’usun iləl-ənami,Min indi zil-Cəlali vəl-ikrami.
Qəm degil gər danəyi məhv etsə dövri-ruzigar,Çün nihali-barvər qalmışdır andan yadigar.
Gül necə qılmasun yəxəsün çak qüssədən,Hər dəm yetər ona qəmi-qürbi-civari-xar.Yaqut qəhr ilə necə xunindil olmasun,Çəkmiş zəmanə xarədən ətrafına hisar.
Еy хoş ol kim, eşq meydanındadır sabitqədəm,Daməni-dildardan kəsməz əlin tiği-sitəm,Öylə kim, meyxarələr zövqün ziyad eylər şərab,Xuni-dil içmək qılur əfzun səfasın dəmbədəm.
Bərmurad olmaz şəhidi-Kərbəla qanın tökən,Əhli-Beytün seyli-əşki-çeşmi-giryanın tökən.
Şəhidi-Kərbəla qətlinə rəğbət qıldın, ey zalim,Sənə çəkmək əzabi-dünyəvü üqba müqərrərdir.Təmaşayi-məsafi-Kərbəla qıldın, həzər qıl kim,Məlamətgahi-tə’zibin sənin səhrayi-məhşərdir.
Çərx hərgiz səhv edüb rə’yimcə dövran etmədi,Hiç kim dərdim bilüb, tədbiri-dərman etmədi.Təngdil bir qönçəyəm mən kim, fələk hərgiz bəniNövbəhari-lütf təhrikilə xəndan etmədi.
İzzü cahü dövlətü iqbalü mülki-aləmün,Olma təhsilinə rağib kim fənaəncamdır.Dövləti-İslam kəsb etməkdə təqsir etmə kim,Dövləti-baqi ki, derlər, dövləti-İslamdır.
Lillahil-həmd olub küfrü zəlalətdən dur,Düşdü könlüm evinə şəm’i-risalətdən nur.
Sübhi-sadiq kibi tülu’ qılub,Nuri-şər’i-Məhəmmədi-Ərəbi,Pərtövi-feyzin etdi aləmgir,Bir-birindən ayırdı ruzü şəbi.
Comments
Loading comments…