İkinci fəsil
Hədiqətüs-süəda — Onuncu bab
Rahət istər təb’ü möhnətdir ibadət sərbəsər,Tərki-rahət rəğbəti-möhnət qılan mümtaz olur.Bu səbəbdəndür ki, küfr asan olub, İslam sə’b,Ərseyi-aləmdə mülhid çox, müvəhhid az olur.
Mümkün olmaz ki, ola aləmdəƏhli-bütlana əhli-Həq məğlub.Əhli-Həq qatil olsa, gər məqtul,Zəfəri əql ana qılub mənsub.Qətldən oldur eyləyən ikrahKi, şəhadət degil ana mətlub.
Nəqdi-can sərfi-rəhi-canan edən sahibnəzər,Eşq meydanində sərxeyli-səfi-üşşaq olur.Mənzili-məqsudədir qeydi-təəllüq səddi-rah,Rütbeyi-tərki-təəllüq əhsəni-əxlaq olur.
Qeydi-cəm’iyyəti əsbab giriftarı olanSeyri-gülzari-cinan etməgə fürsət bulmaz.Zövqi-dünya ilə zaye’ keçirən övqatın,Şərəfi-rütbeyi-tövfiqi-səadət bulmaz.
Kərbəladan hasil etmişlər ülüvvi-mənzilət,Zillətü izzətdə əhli-zülmü ərbabi-vəfa.Nərdibani-bami-rif’ətdir təəmmül eyləsən,Nəqşi-mövci-rigi-səhrayi-şərifi-Kərbəla.
Eyləyib hər yil cəmi’i-əhli-aləm ittifaq,Şərh edərlər macərayi-Kərbəla əxbarını.Nə tükənməz qissədir kim, hərgiz axir olmadı,Şərhi aciz eylədi əhli-cəhanın varını.
Can təmaşayi-riyazi-rəhmət eylər arzu,Dil səfayi-bəzmgahi-cənnət eylər arzu.Oldu bağrım bərqi-ifrati-hərarətdən kəbab,Səlsəbili-rövzədən bir şərbət eylər arzu.
Bənəm nəqdi-sultani-Düldülsəvar,Şəhi-Qənbərü sahibi-Zülfiqar.Bənəm əxtəri-asimani-şərəf,Əbu Bəkr bin Heydəri-namdar.Bənəm çakəri-nuri-çeşmi-Bətul,Hüseyni-Əli sərvəri-kamkar.Bihəmdullah, oldur İmamım bənim,Anın taətin qılmışam ixtiyar.Muradım budur kim, rizasın bulub,Ana eyləyəm nəqdi-canım nisar.
Darüssəlam cilvəgəhin ixtiyar edüb,Peyvənd kəsdi rişteyi-qeydi-zəmanədən.Meyli-fəzayi-rövzeyi-mülki-bəqa qılub,Şəhbazi-ruhi uçdu bu təng aşiyanədən.
Mən gövhəri-meydani-vəfayəm,Osmani-Əliyyi-Murtəzayəm.Taci-səri-aləməm və lakinXaki-rəhi-Şahi-Kərbəlayəm.Tərk eyləmişəm fəna məqamın,Bən talibi-dövləti-bəqayəm.
Hər şəhidə göstərüb cənnətdə dövran mənzilin,Aldı ol mənzil təmənnasində könlündən qərar.Ismət əşcarın fəzayi-rövzədə ğərs etməgə,Xakdani-dəhrdən bir-bir qopardı ruzigar.
Ey fəzayi-rövzeyi-qürbin behişti-cavidan,Padişahi-dinü dövlətsən, İmami-insü can.İxtiyari-xidmətin misbahi-əbvabi-nəcat,İnqiyadi-taətin miftahi-əbvabi-cinan.
Tişeyi-Fərhad qəsdi-Bisütun eylər vəli,Tişə ilə Bisütun daşı tükənməkdir məhal.Mün’ədim olmaq nə mümkün ləşkəri-murü məgəs,Tutalum kim, əjdəha dəm urdu, Simürğ açdı bal.
Kim ki, girdi Kərbəla meydaninə fürsət bulub,Nüzhəti-üqbaya təbdil etdi dünyanın qəmin.Qayib oldu kim ki, cüllabi-şəhadət qıldı nuş,Aləmi-qeyb eylədi dövran şəhadət aləmin.
Bargahi-qürbdə tərtib olub bəzmi-sürur,Növbətilə içdilər cami-tərəb fərzanələr.Pənceyi-dövran şəhadət riştəsinə verdi tab,Dövrlə bir-bir düzüldü riştəyə dürdanələr.
Bənəm Əbbas-sərdari-müxalifsuzi-xəsməfkən,Müti’i-Mustəfa, nəqdi-Əmirəl-mö’minin Heydər.Əgər dəryayə düşsə tiği-atəşbarımın əksi,Şüaindən olur dəryada hər bir qətrə bir əxgər.Və gər toprağa pərtöv salsa şəm’i-rayəti-əzmim,Ziyasindən olur topraqda hər bir zərrə bir əxtər.
Səbrdən qət’i-kəfü said bəni mən’ eyləməz,Nəxli qılmaz münhərif nöqsani-bərgü şaxsar.Mərdi-meydani-bəlayam, qət’i-ə’zadan nə bak?Şəhpəri-himmətdədir pərvazi-övci-iqtidar.
Fəraq atəşi rövşən qılub çiraği-vüsal,Hərarəti-ətəş eylər ziyadə zövqi-zülal.
Getdi ol sərvi-səmənbər ki, dilaramım idi,Rahəti-sinəvü kami-dili-nakamım idi.
Təcavüz qıldı həddən ey fələk bidadın, insaf et,Yetər tə’zimi-əşrar eyləyib təxfifi-əşraf et.
Vəh ki, ol gülrux səfər əzminə ahəng eylədi,Şəhrü səhrayı bana könlüm kibi təng eylədi.
Üqabi-bərqşitabı səbadan aldı qərar,Sipehri eylədi heyran sür’əti-rəftar.Zəminə rəxşi salub nəqşi-mixi-rizeyi-nə’l,Səvabit eylədi zahir kəvakibi-səyyar.Lətafəti-hərəkatinə afərinlər edüb,Təbəq-təbəq düri-əncüm sipehr qıldı nisar.
Bənəm ol şahi-şahzadeyi-dəhrKi, sifatimdə əql heyrandür.Həsri-övsafi-qədrü mənzilətim,Xarici-ehtimalü imkandır.Nurbəxşi-çiraği-icadım,Mahi-kövneynü Şahi-Mərdandır.Cəddi-pakım Məhəmmədi-Mürsəl,Əsli-zatım Əliyyi-İmrandır.
Bari-tari-pirəhəndən inciyən cismi-lətif,Necə çəksin rəzm meydanında bəndi-ahənin?Nazpərvərdi-nəimi-şəfqətü ehsan olan,Necə olsun qabili-bidadi-əhli-zülmü kin?
Mahi-cəmalın ol güli-baği-risalətinSitri-səhabi-mərg nihan etdi, ey diriğ!Şaxi-güli-hədiqeyi-iqbali-ruzigar,Pamali-inqilabi-xəzan etdi, ey diriğ!
Dərda ki, içdi bəzmi-bəlada meyi-fəna,Canü cəhandan almadan ol növrəsidə kam.Gülzari-ömri gördü xəzan, görmədi bəhar,Mahi-cəmalı etdi qürub, olmadan təmam.
Səbr etməyüb müsibətə hər kim qılur cəzə’,Şayisteyi-məvahibi-əfvü əta degil.Mə’lum olur məsayibi-ərbabi-küfrdənKim, səbrdir vəsileyi-rəhmət, bəla degil.
Şahidi-ifrati-ğəmdir kəsrəti-fəryadü ah,Seyli-abi-çeşm miqdarı dil azarincədür.El əzasinə nə nisbətdir əzayi-Əhli-Beyt,Çün əzası hər kimin məqtul miqdarincədür.
Dərda ki, dari-dəhrdə bir yar qalmadı,Bir yari-qəmgüsarü vəfadar qalmadı.Dami-bəladan əhli-vəfa buldular nəcat,Bir bəndən özgə zarü giriftar qalmadı.
Seyr eylədi zülali-səfa bağa bağdan,Nur etdi intiqal çirağa çirağdan.
Xəyrətu’llahə minə’l-xəlqi əbi,Summə ümmi və ənə’bnə’l-xəyrətəyn.Fizzətun qəd xuliqət min zəhəbin,Və ənə’l-fizzətu’İbnə’z-zəhəbəyn.Fatimətu’z-Zəhra ümmi və əbi,Varisu’r-rusuli İmamə’s-səqələyn.Min ləhu cəddin kə-cəddi fi’l vəra,Əv kə’şəyxi və ənə’bnu’l-aləmeyn.Zəhəbun fi-zəhəbin fi-zəhəbin,Və ləcinu fi-ləcin fi-ləceyn.Ol bənəm kim, cəddi-pakimdir çiraği-ənbiya,Afitabi-övci-himmət, sərvi-baği-İstəfa.Ol bənəm kim, mə’dəni-dürri-vücudumdur Əli,Şahi-ərbabi-həqiqət, şəm’i-cəm’i-övliya.Ol bənəm kim, şəm’i-nuri-xilqətİmdir Fatimə,Cövhəri-kani-şərəf, şəm’i-şəbistani-həya.Bən nihali-gülşəni-ədlü riyazi-ismətəm,Ey fəsad əhli, nədir bunca bana cövrü cəfa?Tökdünüz bir-bir atub səngi-sitəm övraqımı,Qoydunuz tənha bəni qürbətdə bibərgü nəva.Haliya qət’üm təmənnasində qılmışsız qülüvv,Qansı məzhəbdə bənim qət’i-həyatımdır rəva?!
Öylə kim pulad ilə daşdan olur atəş əyan,Axıdırdı tiği-bərqindən ədunin xuni-nab.Xuni-ə’dadan rəvan eylərdi hər yan seyllər,Seyllər üzrə əyan eylərdi başlardan hübab.Cövhəri-tiğində məzmun mövci-tufani-fəna,Sayeyi-rəmhində müzmər şərhi-əhvali-əzab.Cilveyi-rəxşində rövşən sür’əti-nuri-bəsər,Surəti-seyrində zahir həmleyi-sultani-xab.Rəxşi kuhi-badcünbüş, tiği bərqi-abgun,Rəxşinə gərdun fəda, tiğinə qurban afitab.
Gəl ey həmdəm ki, cismimdə vida’ etməkdədir canım.Tökər qanlar, anıb firqət bəlasın çeşmi-giryanım.Bənim müşkül degil halım ki, qürbi-Həq qılur hasil,Qəmi-dünya əlindən qurtulur hala giribanım.Səninçün ağlaram kim, edəcəkdir halını müztər,Həm ə’da zülmü cövri, həm bənim ənduhi-hicranım.
Bəlaya səbr edəlim, cövrə şükrlər qılalımKi, bu rəviş tələb əhlinədir təriqi-vüsul.Cəmi’i-xəlqə bəla ehtiramı vacibdir,Kim oldu əqrəbi-xüddami-Əhli-Beyti-Rəsul.
Pəri-Cibrildir divari-dövlətxaneyi-ismət,Anın sükkaninə asib yetməz şərri-şeytandan.Hərimi-qürbi-Əhli-Beyt bənzər zövrəqi-Nuha,Olan ol zövrəq içrə ehtiraz eylərmi tufandan?!
Gəldi ol dəm ki, dili-qəmnakımı şad eyləyəm,Mürği-ruhu damgahi-təndən azad eyləyəm.Gəldi ol dəm ki, bu möhnətxanəyi viran edüb,Qüds mülkünə binayi-işrət abad eyləyəm.Gəldi ol dəm kim, qılam dərgaha ərzi-halımı,Çeşmi-nəmnakü dili-qəmnakla dad eyləyəm.
Şəm’i-həyata sübhi-əcəl verdi iztirab,Mulki-vücuda seyli-ədəm saldı inqilab.Gülzari-ömrə qıldı əsər sərsəri-xəzan,Dəsti-zəmanə rişteyi-ümmidə verdi tab.
Tökmək övladi-Rəsulun qanını asan degil,Ol səbəbdən kim, bu qan hər qana bənzər qan degil.
Bir dükandır bu büsati-dəhr kim, ümmalinəƏcr miqdari-əməldir, müzd miqdari-hünər.Xakdani-dəhr bir məzrə’dirü ə’mal zər’,Xeyr olur məhsul xeyr əhlinə, şər əhlinə şər.
Ey səməndi-badpa, billah, qanı ol şəhsəvar?Nişə ol sərdardan qıldun cüdalıq ixtiyar?Neylədin ol dürri-şəhvarı ki, tapşurduq sənə?Qanda saldın, nişə gəlməz, ötdü həddən intizar.Paybusindən anın məhrum olub, sən ey rikab,Səxtdilsən kim, gözün olmaz dəmadəm əşkbar!Dəstbusindən anın düşmüşsən ayrı, ey licam,Nola toprağa düşüb oldunsa xarü xaksar?!
Ya Rəb, nə fitnədir ki, cəhan qıldı aşkar?!Ya Rəb, nə zülmdür ki, əyan etdi ruzigar?!Ya Rəb, qəza bu əmrdə çəkməzmi infial?!Ya Rəb, fələk bu fe’ldən olmazmı şərmsar?!Abü həvayi-gülşəni-möhnətfəzayi-dəhrÇün olmadı Hüseynə səfabəxşü sazkar,Aram dutmayub yerə keçsin həmişə ab,Məhdi-fərağət üzrə həva tutmasın qərar.Çün xakdani-dəhrdə aram bulmadı,Sultani-din Hüseyni-Əli, şahi-kamkar,Badi-fənaya getsə rəvadır bu xakdan,Ayineyi-vücuda ədəmdən salıb qübar.Ey dil, hökumətinə cəhanın nə e’timad?!Ey didə, həşmətinə zəmanın nə e’tibar?!Olsaydı ruzigar nihadında bir səbat,Əhdin qılırdı Ali-Rəsul ilə üstüvar.Dövran cibillətində gər olsaydı bir vəfa,Ali-Rəsul xidmətin eylərdi ixtiyar.Ol vəqtdən ki, xəsm rizasıyla tiğü tirŞahi-şəhidin eylədi ə’zasını figar,Açmış dəhan təəssüf üçün tiri-tündrəv,Çəkmiş zəban təhəssür üçün tiği-abdar.Ya Pəb ki, tiğ çıxmaya həbsi-niyamdan!Ya Rəb, ki qanda olsa ola tir xaksar.
Comments
Loading comments…