Xatimə
Hədiqətüs-süəda
Gögdən endikdə bəla bulmazdı mənzil qonmağa,Olmasaydı ərseyi-aləmdə xaki-Kərbəla.Kərbəladan qeyr yoxdur bir mübarək büq’ə kim,Ola anın əksəri-əczayi-tərkibi bəla.Filvaqe’, Kərbəla bir büq’eyi-şərifdir ki, canibi-Həqdən anda rütbəyi-ehtirami-xanədani-risalət və tə’zimi-dudmani-nübuvvət
Məhərrəmdir, könül fəryada gəl, ah eylə, əfğan qıl!Əza dut, başa topraqlar savur, çaki-giriban qıl!Qılub qət’i-nəzər mahi-Məhərrəm eyşü işrətdən,Dəmadəm çeşmini məzlumlar yadıyla giryan qıl!Urub gərduna bərqi-ahi-atəşbardan atəş,Binasın yax, anı dövri-müxalifdən peşiman qıl!
Əgərçi-həşmətü övladü mülkü mal qamu,Əziz olur qamuya, zövqi-ruh qalibdür.Çü can müqəddəm olur cümlədən yaxındır buKi, tərki-can ələmi ə’zəmi-məsayibdür.
Şəhidi-xəncəri-bidada ruzi-Həşr feyzi-Həq,Əyan etdikdə sərfi-nəqdi-can əcrinin asarın,Kəmali-zövq bundan qeyr qoymaz anda həsrət kim,Dönüb dünyaya hasil eyləyə ol zövq təkrarın.
Hər qafilin ki, çeşmi bu matəmdə tər degil,Mütləq nihali-ömrü anın barvər degil.Hər didə kim, degil bu müsibətdə əşkbar,Məqbuli-təb’i-mərdümi-sahİbnəzər degil.
Məhrəmi-bargahi-İzzətdənNə əcəb gər kəramət etsə zühur.Qürbi-dərgahi-Həq bulanlardan,Mö’cüzatü kəramət olmaz dur.
Müxəddərati-sərapərdeyi-risalətə bişək,Kəfaləti-kərəmi-Kirdgar hisni-həsindir.Nə ehtimali-xələl sitri-iffətinə anın kim,Hərimi-hörməti-qürbi-Nəbidə pərdənişindir.
Nisau’l-cinni yus ’əduni nisau’l-haşimiyyati,Bənatu’l-Mustəfa Əhməd İmam zaki’z-zati.
Məsəhə’r-rəsulu cəbinəhu qəd faqə bərqam fi’l-hüdud,Əbəvahi min-ə’la Qureyşin və cədduhu xəyrə’l-cüdud.
Amaci-navəki-nəzəri-mərdüm olmağaBaşlar dizildi nizəyə zərrin qəbəq misal.Təqdirdən zəmanəyə hökm oldu qalibaKim, sərbülənd qıl buları, qılma paymal.
Ey əhli Kufə, adətiniz məkr imiş müdam,Ey əhli-Şam, hiylə imiş rəsminiz təmam.Gəh sə’y edərsiz Ali-Rəsulun qitalinə,Gəh matəmin tutub ana eylərsiz ehtiram.
Sanma tökmək əhli-Beytin qanını asan olur.Ehtiraz et kim, sənə hər qətrə bir peykan olur.
Hüseyn İbn Əli İbn Talib kim, andandır,Binayi-şər’ə istehkamü dini-Həqqə iste’la.Müəzzəm cəddi-valası, nəbiyyi-ümmiyi-Məkki,Mükərrəm babi-ilqasi Əliyyi-aliyi-ə’la.
Sən nə agəhsən ki, suzi-atəşi-möhnət nədir?Məsnədi-rahətdə mülkü mal ilə məğrursan.Dərd əhli halını aləmdə dərd əhli bilür,Səndə yoxdur dərd, ey bidərd, sən mə’zursan.
Qətldən xövf verən əhli-Həqə, bilməz kim,Dam olur əhli-Həqə daireyi-qeydi-həyat.Dəhr bir mənzili-möhnətdirü qəm, ey qafil,Və’deyi-qətldədir müjdeyi-tövfiqi-nəcat.
Kəraməti-nəsəbi-Mustəfa degil məxfi,Nə bak ana həsəd əhli əgər nəzər qılmaz.Nə tirədir dili-əhli-həsəd ki, mö’cüzi-AlYəhuda eylər əsər, anlara əsər qılmaz.
Girdin, ey əhli-sitəm bir qana kim, hər qətrəsi,Daşa damsa ta əbəd daşdan çıxar yaquti-tər.Könlünü daşdan betər dersəm rəvadır, nişə kim,Daşa tə’sir eylər ol qan, könlünə qılmaz əsər.
Düşməni-qafil sanur kim, xuni-ali-Mustəfa,Baği-iqbalinə gülbərgi-bəharəfruzdur.Ehtiraz etməz, həzər qılmaz, məgər vaqif degilKim, anın hər qətrəsi bir bərqi-aləmsuzdur.
Düşdü guya surəti-Şirinə hüsnündən füruğKim, könül Fərhadvəş buldu liqasindən sürur.Pərtövi-xurşidi-aləmtabdandır müttəsil,Lə’lə rəngü laleyi-siraba tabü maha nur.
Səadət nişanı budur kim, yəhudOlur əhli-din, əhli-tüğyan ikən.Şəqavət dəlili budur kim, şəqiQılır tərki-din, əhli-iman ikən.
Hər əməl bir cəzaya qabildir,Ey xoş ol ki, səvaba mayildir.Netə kim, gül olur tikəndən yeg,Gül tikəndir, tikən tikəndən yeg.
Mən ruhi-rəvani-Mustəfayam,Bən rahəti-cani-Murtəzayam.Məzlumü qəribü zarü heyran,Məqtulü şəhidi-Kərbəlayam.
Əmlə’u rikabi fizzətən və zəhəbən,İnni qətəltu’l-məlikə’l-mühəzzabə.Qətəltu xəyrə’n-nasi ummən və əbə,Və əşrəfə’l-aləmi cəm’ən həsəbən.
Ey də’viyi-səadəti-İslam edən güruh,Haşa ki, qətli-Ali-peyəmbər rəva ola?!Vay ol lə’ini-müdbirə kim su’i-fe’l iləMəhşər günündə xəsmi anın Mustəfa ola.
Ey fələk, şərm et, nə bid’ətdir ki, bünyad eylədin,Xanədani-Əhmədi-Muxtara bidad eylədin.Əhli-Beyti-Mustəfaya bin sitəm gördün rəva,Ta Yezidi-pürcəfanın könlüni şad eylədin.Bu nə fikri-batilü əndişeyi-bihudədirKim, yıxub bin Kə’bə bir bütxanə abad eylədin.Ey Yezidi-pürcəfa, hər kimsə bir ad eyləmiş,Sən dəxi bu zülm ilə aləmdə bir ad eylədin.
Ey ki, hərgiz qılmayub əndişə ruzi-Həşrdən,Səyyi’ati-məhzdir peyvəstə əf’alın sənin.Ol zəman kim Mustəfa xəsm ola, hakim Kirdgar,Sən dəxi bişək bilürsən kim nolur halın sənin.
Unadikə ya cəddahu, ya xəyrə Mursəlin,Huseynukə məqtulun və nəslukə zayi’in.
Növbəti-hökmi-müluk eylər qəbuli-intiqal,Şər’dir ol hökm kim yoxdur ana mütləq zəval.Qət’ bulmaz rişteyi-peyvəndi-Ali-Mustəfa,Gərdəni-üqbaya salmışdır kəməndi-ittisal.
Ey xətibi-süstrə’yü səxtrüyi-biədəb,Daməni-napak ilə aludə qıldun minbəri.Mədhi-əhli-zülm ilə qıldun Xudayı xəşmnak,Tə’ni-Al etdin, məzəmmət eylədin Peyğəmbəri.E’tibari-dövləti-dünyayi-fani səhldir,Noldu, ey zalim, neçün yad eyləməzsən Məhşəri?!
Təsəlsüli-kəlimati kəməndi-qeyd qılub,Fəzayi-ərseyi-göftarı seydgahi-üqul.Bəlağətində əyan sirri-hikməti-Qur’an,İbarətində müəyyən rümuzi-şər’i-Rəsul.
Degil ey süflə, asan qətli-Ali-Mustəfa qılmaq,Vəfa əhlin əsiri-bəndi-bidadü bəla qılmaq.Ədalət bağının gülbünlərindən qönçələr üzmək,Cəfa tiğiylə bir-bir başların təndən cüda qılmaq.
Artırırsan, ey fələk, övladi-Peyğəmbər qəmin,Tazə eylərsən dəmadəm Əhli-Beytin matəmin.Tişeyi-bidad ilə hər dəm tökür bir daşını,Vəh ki, viran eylədin şər’in binayi-möhkəmin.
Matət ricali və əfnə’l-məvtu-sadati,Və zadəni heyrətun min-bə’də adati.Ah kim, qıldı cəfa çərx vəfadarlara,Dağlar urdu dəmadəm dili-əfgarlara.Bunca mə’sumləri zarü giriftar etdi,Hiç rəhm eyləməyüb zarü giriftarlara.
Lillahi’l-həmd ki, şayisteyi-dərgah oldum,Mə’niyi-surəti-ixlasdan agah oldum.Aqibət mənzili-məqsuda yetərsəm nə əcəb,Əhli-e’cazü kəramat ilə həmrah oldum.
Ey sipahi-münkəsir, noldu sipəhsalarınuz?Netdinüz sultanınız, billah, qanı sərdarınuz?Nişə olmuş lə’lgun lö’lö’i-abi-çeşminiz?Nişə rəngi-yasəmən dutmuş güli-rüxsarınuz?Netdinüz ol şəhriyari-mə’dələtasarı kim,Lütfi olmuşdu ənisü munisü qəmxarınuz?!
Ya Rəsulullah, biyabani-bəla səyyahıyuz,Gəlmişiz dərgahinə zarü diləfgarü həzin.Şəm’i-nüzhətgahımız badi-fənadan fövt olub,Həmdəm olmuşdur bizə nirani-ahi atəşin.Rəxtimüz seylaba getmiş, mülkümüz olmuş xərab,Halımız olmuş mükəddər, könlümüz ənduhgin.
La-əzhəku’llahu səqrə’d-dəhri in zəhikət,Və ali Əhməd məzluminə qəhrən.
Əhli-Beytin sənavü mərsiyəsiƏhsəni-əfzəli-fəzayildir.Kim ki, bir beyt ol xüsusda der,Ol dəxi Əhli-Beytə daxildir.
Gər əzabi-əhli-duzəx cürm miqdarincədir,Vay ana kim eyləmiş, qətli-şəhidi-Kərbəla!Ol səbəbdən kim, şəhidi-Kərbəlanun qədriniEyləmiş ə’la cəmi’i-xəlqdən Rəbbül-üla.
Səhldir ol kim həmin Həvvadan Adəm oldu dur,Olmadı məcmui-ətba’vü əyalından cüda.Səhldir ol qəm ki, düşdü bəhrə Nuhun zövrəqi,Görmədi dəryayi-xunab içrə girdabi-fəna.Səhldir kim, yetdi İbrahimə Nəmrud atəşi,Yetmədi bərqi-cəhansuzi-fİraqi-əqrəba.Səhldir kim, çəkdi bidadını Fir’onun Kəlim,Olmadı düşmən ana bir kafiri-mö’minnüma.Bitəkəllüf əql mizaniylə təhqiq etsələr,Cümleyi-ənduhi-məcmui-güruhi-ənbiya.Gəlməz ol miqdar möhnətlərcə kim səbr eyləyüb,Çəkdi əhli-zülmdən məzlumi-dəşti-Kərbəla.
Əsəri-zülmü sitəmdir qəzəbü qəhrə səbəb,Zülm əhlinə düşər saiqeyi-qəhrü qəzəb.
Əyyuhə’l-qatilunə cəhlən HüseynənƏbşiru bil-əzabi-və’t-tənkil.
Comments
Loading comments…