Münacat

Hədiqətüs-süəda — Xatimə

Ol şəhənşahi-fələkrif’ət ki, kəsb etmiş günəşXakbusi-asitanindən ülüvvi-iqtidar.Ol sərəfrazi-mələksurət kim, almış asimanXidməti-dərgahi-qədrindən sümüvvi-e’tibar.

Güli-gülzari-dövlətü iqbal,Afitabi-sipehri-cahü cəlal,Göhəri-mə’dəni-səxavü kərəm,Zübdeyi-firqeyi-Bəni-Adəm.Məlcə’vü mərcə’i-xəvasü əvam,Ə’zəmü əkrəmi-izamü giram.

Hücumi-möhnəti-dövran məluli,Giriftari-qəmi-aləm Füzuli,Degil ol ləhceyi-göftara qadirKim, ola qabili-səm’i-əkabir.Qılur cəm’iyyəti-dil ləfzi-dilkəş,Müşəvvəş söyləməz illa müşəvvəş.Gəl ey hali-təkəllümdən xəbərdar,Tərəhhüm qıl, təərrüz qılma, zinhar!Xeyrə-yazsun şərrini onun kiramən katibin,Kim dua ilə ana işbu kitabın katibin.Nari-düzəxdən Xuda üqbada azad eyləyə,Bu Hədiqə katibin kim xeyrilə yad eyləyə.

Comments

Loading comments…