Mərsiyeyi-Həzrəti İmam Hüseyn əleyhissəlam
Hədiqətüs-süəda — Xatimə
Mahi-Məhərrəm oldu, şəfəqdən çıxub hilal,Qılmış əza, tutub qədi-xəm qərqi-əşki-al.Övladi-Mustəfaya mədəd qılmamış Fərat,Keçirməsinmi yerlərə anı bu infial?!Çoxdur hekayəti-ələmi-şahi-Kərbəla,Əlbəttə, çox hekayət olur mövcibi-məlal.Fəhm eyləsən qəmi-şühəda şərhin etməgə,Hər səbzə Kərbəlada çəkübdir zəbani-hal.Təcdidi-matəmi-şühəda qıldı ruzigar,Zar ağla, ey könül, bu gün olduqca ehtimal.Meydani-çərxi cilvəgəhi-dudi-ah qıl,Gərduni-dunə kisvəti-matəmsiyah qıl.
* * *
Mahi-Məhərrəm oldu məsərrət həramdır,Matəm bu gün şəriətə bir ehtiramdır.Təcdidi-matəmi-şühəda nəf’siz degil,Qəflətsərayi-dəhrdə tənbihi-ammdır.Qovğayi-Kərbəla xəbərin səhl sanma kim,Nəqsi-vəfayi-dəhrə dəlili-təmamdır.Hər dürri-əşk kim, saçılur zikri-Al ilə,Səyyareyi-sipehri-ülüvvi-məqamdır.Hər məddi-ah kim çəkilür Əhli-Beyt üçünMiftahi-babi-rövzeyi-Darüssəlamdır.Şad olmasın bu vaqiədən şad olan könül,Bir dəm məlalü qüssədən azad olan könül.
* * *
Tədbiri-qətli-Ali-Əba qıldun, ey fələk,Fikri-qələt, xəyali-xəta qıldun, ey fələk.Bərqi-səhabi-hadisədən tiğlər çəküb,Bir-bir həvaleyi-şühəda qıldun, ey fələk.Ismət hərəmsərasinə hörmət rəva ikən,Pamali-xəsmi-bisərü pa qıldun, ey fələk.Səhrayi-Kərbəlada olan təşnələblərə,Rigi-rəvan seyli-bəla qıldun, ey fələk.Təxfifi-qədri-şər’dən əndişə qılmayub,Övladi-Mustəfaya cəfa qıldun, ey fələk.Bir rəhm qılmadun cigəri qan olanlara.Qürbətdə ruzigarı pərişan olanlara.
* * *
Basdıqda Kərbəlaya qədəm Şahi-Kərbəla,Oldu nişani-tiri-sitəm Şahi-Kərbəla.Düşmən oxuna qeyr sipər görməyüb rəva,Yaxmışdı cana daği-ələm Şahi-Kərbəla.Ə’da müqabilində çəkəndə səfi-sipah,Qılmışdı məddi-ah ələm Şahi-Kərbəla.Dudi-dili-püratəşi-əhli-nəzarədən,Etmişdi pərdədari-hərəm Şahi-Kərbəla.Olduqca ömrü rahəti-dil görməyüb dəmi,Olmuş həmişə həmdəmi-qəm Şahi-Kərbəla.Ya Şahi-Kərbəla, nə rəva bunca qəm sana.Dərdi-dəmadəmü ələmi-dəmbədəm sana.
* * *
Ey dərdpərvəri-ələmi-Kərbəla Hüseyn!Vey Kərbəla bəlalarına mübtəla Hüseyn!Qəm parə-parə bağrını yandırdı dağ ilə,Ey laleyi-hədiqeyi-Ali-Əba Hüseyn!Tiği-cəfa ilə bədənin oldu çak-çak,Ey bustani-səbzeyi-tiği-cəfa, Hüseyn.Yaxdı vücudunu qəmi-zülmətsərayi-dəhr,Ey şəm’i-bəzmi-bargəhi-Kibriya, Hüseyn!Dövri-fələk içirdi sənə kasə-kasə qan,Ey təşneyi-hərarəti-bərqi-bəla Hüseyn!Yad et, Füzuli, Ali-Əba halın, eylə ahKim, bərqi-ah ilən yaxılur xirməni-günah.
Comments
Loading comments…