Yeddinci bab

Hədiqətüs-süəda

Təalallah zəhi sultan ki, dərgahi-fələkqədriMədari-dinü dövlət, qibləgahi-əhli-aləmdür.Ana olmuş müyəssər kəsbi-feyzi-dünyəvü üqba,Ana təsxir-mülki-surətü mə’na müsəlləmdür.

Zəhi nadan ki, qədrin bilməyüb tövfiqi-İslamın,Məta’i-faniyi-dünyaya vermiş nəqdi-imanın.Təvəccöh həşr divaninə qılmış mülki-dünyadan,Tirazi-nameyi-ə’mal edüb məzlumlar qanın.

Dari-dünyada bu yetər olara,Əsəri-cənnətü nişani-cəhim.Məhşər olduqda xud müqərrədir,Ne’məti-baqivü ’əzabi-’əzim.

Hər kim ki, zikri-vaqieyi-Kərbəla iləBir natəvanın eyləyə çeşmini əşkbar,Gülzari-izzü cahini sərsəbz qılmağa,Ol çeşmi-əşkbar yetər əbri-növbəhar.

Tök ey müjgan, cigər qanın ki, gəldi giryə həngamı,Gəl ey əşki-rəvan kim, getdi eyşü işrət əyyamı.Gətür təqrirə bir-bir ruzigarın surəti-halınKi, bilsünlər nədür dünyayi-dunpərvər sərəncamı.

Gər qələm olsa qamu əşcarü dəryalar midad,Gəlməyə təfsillə təhrirə övsafi anın.Gər ədu həm kami-dil buldiysə11 qətlindən nola,Cümləyə məftuhdi əbvabi-əltafi anın.

Vəh ki, şahi-Kərbəlanun möhnətin izhar edüb,Matəmindən göstərür hər yildə dövran bir bəhar.Ol bəharın laləsi xunin cigərdür çak-çak,Bərqi ahü rə’di əfğan əbri çeşmi-əşkbar.

Saqiyi-dəhrün iltifatı budurKi, Həsən sağərinə zəhr tökər.Çərx cəlladının budur hünəriKi, Hüseyni-şəhidə tiğ çəkər.

Cənnətdə Əli, Həsən və Hüseyn üçün süddən bir çay vardır.</ref>"}}' id="mwQw">Əgərçi əqrəbi-övladı qətlinin xəbəriRəsul həzrətinə ə’zəmi-məsayib idi.Vəleyk faidə ol ə’zəmi-məsayibdə,Əcəlli-mənzilətü əşrəfi-məratib idi.Ərəbiyyə:İnnə fil-cənnəti nəhrən min ləhəbin,Li-Əliyyun və Hüseyn və Həsən

Kərbəla dəştinün avarələrin yad qılub,Əxtəri-əşk töküb gərdişi-gərdun ağlar.Çərxdən ağlama, zalim deyü, ey qafil kim,Çərx bu vaqiə’də cümlədən əfzun ağlar.

Оl lə’lparə dərdi əgər qılmasaydı kar,Fərqinə urmaz idi zəmin səngi-kuhsar.Gər olmasaydı vasiteyi-matəmi-Hüseyn,Seylabi-əşk axıtmaz idi çeşmi-çeşməsar.

Əsəri-xidməti-Hüseyni-ƏliSəbəbi-dövlətü səadətdir.Rəhi-eşqində tərki-can etməkMövcibi-rütbeyi-şəhadətdir.

Asimani-qədrü kani-lütfü baği-elmdənİki əxtər, iki gövhər, iki sərv olmuş ’əyan.Cümleyi-xəlqi-cəhandan bula bilməz bir bədəlBu birinə ol birindən qeyri əqli-xürdədan.

Ey əhli-kin, nəbivü vəli busəgahını,Xunabi-nab qərqəsi etmək rəvamıdur?Qət’i-təəllüq eyləmək Ali-Rəsuldan,Biz ümmətüz deyənlərə şərti-vəfamıdur?!

Mədhi-Hüseynü vəsfi-Həsən qılsalar tələb,Xətmi-kəlam edüb qılalım müxtəsər sözü.Ol iki bərgüzideyi-dövri-zəmanədürİki cəhan pənahı, cəhanın iki gözü.

Ey хoş ol dərgahi-ərşasayi-aliqədr kim,Xaki-pakindən məşami-can alır buyi-behişt.Həbbəza, ol mərqədi-əşrəf ki, xaki-pakinin,Təşneyi-cüllabi-vəslidür ləbi-cuyi-behişt.

Zülm nəxlin tikdi baği-mülkə dövri-ruzigar,Cövr rəsmin qıldı dövrani-sitəmgər aşkar.Rayəti-iqbalını qıldı Yezidin sərbülənd,Çəkdi Ali-Mustəfa qəsdinə tiği-abdar.Bu xətadan ta əbəd çəkməzmi, ya Rəb, infi’al?Bu cəfadan ruzi-Həşr olmazmı, ya Rəb, şərmsar?

Aqil oldur kim, qəzayi-əmrə fürsət var ikən,Hüsni-əncamın əsiri-dami-tə’хir etməyə.Hər işin tədbiri-əncamində ehmal etməyüb,Kəndüzin məcruhi-tiği-tərkü təqsir etməyə.

Haşalillah kim, mələk fərmanbəri-şeytan ola!Əhli-ismət tabe’i-aludeyi-üsyan ola!Qanda caizdür bu kim, viran olub bünyadi-şər’,Əhli-iman olmayan mö’münlərə sultan ola?

Güli-bustani-vəfadür Hüseyn,Düri-dürci-sidqü səfadür Hüseyn.Cigərguşeyi-Həzrəti-Fatimə,Süruri-dili-Mustəfadür Hüseyn.

Mühibbi-xanədanın xatiri-pakində kin olmaz,Həvayi-nəfsdən bünyadi-imanı xələl bulmaz.

Хuni-Ali-Mustəfa tökməz müsəlmanam deyən,Qəsdi-Əhli-Beyt qılmaz əhli-imanam deyən.Adət etməz kəndüyə Ali-Məhəmməd büğzünü,Ruzi-Məhşər talibi-tövfiqi-qüfranam deyən.

Haşa ki, mülki-dünya üçün tərki-din edəm,Ali-Rəsuli küşteyi-şəmşiri-kin edəm.Haşa ki, cahü dövləti-bie’tibar üçün,Şad eyləyüb Yezidi, Hüseyni həzin edəm.

Çıxsun ol göz ki, sana eyləyə qəhr ilə nikah,Yansun ol dil ki, sənün büğzünədür mənzilgah.Sınsun ol əl ki, sənün sidq ilə dutmaz ətəgün,Yetməsün kaminə hər kim ki, sənədür bədxah.

Şah olan fitneyi-bədxahdan olmaz qafil,Şir olan hileyi-rubahdan olmaz qafil.Saliki-rahi-xirəd həzm təriqin gözlər,Rəhgüzarində olan çahdan olmaz qafil.

Əssəlam, ey asitanun rəşki-firdövsi-bərin,Xakrubi-dərgəhün müjgani-çeşmi-hurü ’eyn.Əssəlam, ey xadimi-dərgahi-qədrin Cəbrəil,Midhətün Qur’anü məddahun İlahilaləmin.Ya Rəsulullah, bənəm kami-dili-Zəhra, Hüseyn,Yüz sürüb dərgahinə gəldim diləfgarü həzin,Ol bənəm kim, ümmətün hifzini əmr etdün bana.Ol bənəm kim, gənci-əsrara bəni qıldun əmin.Ümməti-zalim bana izhari-bidad etdilər,Bikəsəm, biçarəyəm, sənsən bana ancaq mü’in.

Gəldi ol dəm ki, sənün qanunla rəngin ola xak,Edələr zülm ilə sən məzlumu zalimlər həlak,Gəldi ol dəm kim, səni bidərdlər qətl edələr,Olasan mülhəq bana zarü həzinü dərdnak.

Məlul oldum cəhani-bivəfadan,Dutuldu könlüm ol möhnətsəradan.Nola qət’ etsön andan irtibatım,Götürsön ol güzərgəhdən büsatım.Dua qılsan ki, lütfi-Həzrəti-Həq,Bana göstərməyə dünyayı mütləq.

Əlvida, ey sərvi-gülzari-İmamət, əlvida!Əlvida, ey şəm’i-bəzmi-istiqamət, əlvida!Əlvida, ey zəhr tə’sirilə rəngin səbzfam!Əlvida, ey səbzeyi-baği-Qiyamət, əlvida!

Yükləndi barxanə, çəkildi qətarlar,Əflaka çıxdı ruyi-zəmindən qübarlar.Asari-nə’li-sümmi-səməndi-sipahdanNəqşi-məcərrə qıldı əyan rəhgüzarlar.

Cövri-əğyara səbr eyləməyən,Bulmaz əhliyyəti-təqərrübi-yar.Sərbəsər xardür gül ətrafı,Səngdir lə’l mə’dəninə hisar.

Mərhəba, ey nuri-ruyindən münəvvər kainat,Cövhəri-zati-şərifin came’i-hüsni-sifat.Mərhəba, ey varisi-elmi-Rəsuli-Haşimi,Müqtədayi-əhli-iman, hadiyi-rahi-nəcat.

Mərhəba, ey məsnədarayi-səriri-izzü cah,Mərhəba, ey şahi — qüdsi-mülki-ruhanisipah.Mərhəba, ey ərseyi-imana əhkamın rəvan,Mərhəba, ey hövzeyi-İslama iqbalın pənah.Qibləgahi-Kə’bə didari-şərifindür sənin,Gərçi xaki-Kə’bədür əhli-cəhana qibləgah.

Vəqtdir kim, səbzəzari-xüşksali-firqətiRəşheyi-lütfiylə sirab edə əbri-növbəhar.Vəqtdir kim, pərtövi-xurşidi-aləmtabdanZümreyi-əhbaba pürnur ola çeşmi-intizar.

Ey görənlər anı, təşrifimdən olman naümidKim, bəhari-aləmaradır güli-sirabımın.Ey görən anı, bana ümmidvar olsan nola,Sübhdür ol sadiqü xurşidi-aləmtabımın.

Tufani-fitnə qopdu, gəlin qərqə olmadan,Rəxti-səlahımız çəkəlüm bir kənarəyə.Olduqca hüsni-əql və tədbirə ehtimal,Dil şişəsini urmayalım səngi-xarəyə.

Ey cəmalın mətləi-xurşidi-iqlabım bənim,Gün yüzündəndir mübarək müttəsil falım bənim.Dövləti-zövqi-vüsalındır bəni хoşhal edən,Bilməzəm səndən cüda düşsəm nolur halım bənim?!

Ey könül, ah eylə kim, ah eyləmək həngamıdır,Ey gözüm, qan ağla kim, qan ağlamaq əyyamıdır.Ayrılır bəndən bu gün halım pərişan eyləyüb,Ol ki, göz nüri, könül mətlubi, can aramıdır.

Çərx hər fitnə kim, istər qıla aləmdə ’əyan,Əshəli-vəch ilə əsbabına əncam verür.Salub ol fitnə binasının əsasın əvvəl,Ruzigar ilə ana surəti-itmam verür.

Comments

Loading comments…